Şüşə məmulatları istehsalında ərimə kinetikasının xammal ölçüsündən asılılığının tədqiqi.
Layihənin təsviri
Dar Zərrəcik Ölçü Fraksiyalarının Keramika Fritlərinin Ərimə Kinetikasına, Aktivləşmə Enerjisinə (Ea) və İstilik Səmərəliliyinə Təsirinin Tədqiqi. Keramika fritinin istehsalı 1400–1450 °C temperatur rejimində həyata keçirilən yüksək enerji tutumlu sənaye prosesidir. Layihənin əsas məqsədi, frit reseptini dəyişmədən, xammal qarışığının dar fraksiyalar üzrə (<45 µm, 45-75 µm, 75-105 µm) zərrəcik ölçüsünü və paylanmasını optimallaşdırmaqla ərimə temperaturunu 30–40 °C aşağı salmaq və ərimə kinetikasını sürətləndirməkdir. Geniş zərrəcik paylanmasının yaratdığı qeyri-dəqiqliyi (küyü) əngəlləmək məqsədilə xammallar dar aralıqlara ayrılacaq, Lazer Difraksiyası vasitəsilə d50 və SPAN indeksləri təsdiqlənəcəkdir. DTA/TG və DSC analizləri ilə fərqli qızdırılma sürətlərində (5, 10,15,20 °C/dəq) Kissinger və Flynn-Wall-Ozawa (FWO) izokonversiya metodları tətbiq edilərək Aktivləşmə Enerjisi (Ea) hesablanacaqdır. Eldə edilən nəticələr sənaye miqyasında təbii qaz istehlakının və CO₂ emissiyasının azaldılmasına birbaşa töhfə verəcəkdir
Layihə rəhbəri
Mehmet Murat Ataman Kenan
Layihə rəhbəriŞöbə müdiri
Metalurgiya
İcraçılar(1)
Mustafa Guden Hasan
İcraçıÖğretim Üyesi
Doktora