AzTU Daxili Qrant Müsabiqəsi

Layihələr

Təsdiqlənmiş qrant layihələri illər üzrə qruplaşdırılıb. Ətraflı məlumat üçün layihəni seçin — rəhbər və icraçılar görünəcək.

2026

30 layihə
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Davamlı qlükoza məlumatlarının analitik emalı və fərdiləşdirilmiş proqnozlaşdırılması üçün süni intellekt əsaslı rəqəmsal platforma

Layihə davamlı qlükoza məlumatlarının analitik emalı və fərdiləşdirilmiş qlükoza proqnozlaşdırılması üçün süni intellekt əsaslı rəqəmsal proqram platformasının hazırlanmasını nəzərdə tutur. Platforma qlükoza zaman sıraları məlumatlarını istifadəçinin qidalanma məlumatları, o cümlədən yeməyin vaxtı, kalori miqdarı, karbohidrat, protein, yağ və lif göstəriciləri ilə birləşdirərək qısa müddətli qlükoza dinamikasını proqnozlaşdıracaqdır. Layihə çərçivəsində qlükoza məlumatlarının əldə olunması, standartlaşdırılması, keyfiyyət yoxlaması, zaman sıraları bazasında saxlanması və süni intellekt modellərinə ötürülməsi üçün təhlükəsiz verilənlərin mübadiləsi mühiti yaradılacaqdır. Sistem 30 və 60 dəqiqəlik qlükoza proqnozları, yeməkdən sonra gözlənilən qlükoza səviyyəsi, kritik müddət, postprandial qlükoza artımı və yüksək (o cümlədən, aşağı) qlükoza diapazonuna keçmə riskinin qiymətləndirilməsi üzrə funksiyalar təqdim edəcəkdir. Layihənin elmi yeniliyi qlükoza tarixçəsini qidalanma və kontekstual məlumatlarla birləşdirən multimodal yanaşmanın, populyasiya modelləri və fərdiləşdirilmiş modellərin, eləcə də proqnozların izah edilə bilənliyi və etibarlılığının vahid platformada tədqiq edilməsidir. Müxtəlif maşın öyrənməsi və dərin öyrənmə modelləri ənənəvi yanaşmalarla müqayisə ediləcək, model performansı orta kvadratik xəta, orta mütləq xəta, R² və digər uyğun metrikalar əsasında qiymətləndiriləcəkdir. Layihənin nəticəsində pasiyent, həkim və tədqiqatçı istifadəçiləri üçün interaktiv proqram prototipi, qida qeydi modulu, qlükoza proqnoz xidməti, analitika, verilənlərin keyfiyyətliliyinin ölçülməsi mexanizmi və model validasiya hesabatı hazırlanacaqdır. Platforma ilkin mərhələdə tədqiqat və qərar-dəstək məqsədli olacaq, avtomatik diaqnoz və ya müalicə təyinatı verməyəcəkdir. Layihə rəqəmsal səhiyyə, süni intellekt və fərdiləşdirilmiş tibb sahəsində yerli elmi-texniki potensialın inkişafına töhfə verəcəkdir.

Nuran AbdullayevƏtraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

Süni intellekt texnologiyalarından istifadə etməklə zərbə tipli pilotsuz uçuş aparatının avtonom idarəetmə sisteminin işlənməsi və tədqiqi

Layihə süni intellekt texnologiyalarının imkanlarından səmərəli istifadə etməklə zərbə tipli pilotsuz uçuş aparatının (PUA) effektiv avtonom idarəetmə sisteminin tədqiqinə, təhlilinə və işlənməsi həsr edilmişdir. Radioelektron mübarizə (REM) vasitələrinin müxtəlif təsilərindən qorunmaqla, müdafiə və hücum qabiliyyətini müasir tələblərə cavab verə bilən PUA-lar üzərində qurulması, süni intellekt texnologiyaları bazasında funksional (avtnom idarəetmə, obyektlərin aşkar edilməsi və tanınması, maneələrdən yayınma, uçuş trayektoriyalarının optimallaşdırılması, sensor məlumatların inteqrasiyası, anomal halların və nasazlıqların aşkar edilməsi, enerji sərfiyyatının azaldılması) imkanlarının, idarəetmə dəqiqliyinin və avtonomluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. “Süni intellekt texnologiyalarından istifadə etməklə zərbə tipli pilotsuz uçuş aparatının avtonom idarəetmə sisteminin işlənməsi və tədqiqi” layihəsi müasir pilotsuz uçuş aparatlarında süni intellekt, kompüter görməsi, sensor məlumatlarının intellektual emalı və avtonom idarəetmə metodlarının tətbiqi əsasında uçuş proseslərinin avtomatlaşdırılmasına yönəldilmiş elmi-tədqiqat işidir. Layihənin əsas məqsədi pilotsuz uçuş aparatının xarici idarəetmə müdaxiləsindən asılılığını azaltmağa imkan verən, uçuş parametrlərini real vaxt rejimində qiymətləndirən və dəyişən uçuş şəraitinə uyğun idarəetmə qərarları formalaşdıran süni intellekt əsaslı avtonom idarəetmə sisteminin konseptual və eksperimental modelinin işlənməsidir. Bu məqsədlə uçuş aparatından alınan məlumatların – inertial ölçmə, peyk naviqasiyası, hündürlük, sürət, istiqamət və digər sensor məlumatlarının – emalı, sensor məlumatlarının birləşdirilməsi və idarəetmə alqoritmlərinin intellektual optimallaşdırılması nəzərdə tutulur. Tədqiqat çərçivəsində süni intellekt və maşın öyrənməsi üsullarının pilotsuz uçuş aparatının naviqasiya, trayektoriya planlaşdırılması, maneələrin aşkarlanması və təhlükəsiz uçuş rejiminin seçilməsi kimi funksiyalarda tətbiq imkanları araşdırılacaq. Eyni zamanda müxtəlif uçuş ssenarilərinin kompüter modelləşdirilməsi və simulyasiyası aparılaraq idarəetmə sisteminin dayanıqlığı, dəqiqliyi, hesablama səmərəliliyi və xarici təsirlərə adaptasiya imkanları qiymətləndiriləcək. Layihənin elmi yeniliyi süni intellekt metodlarının pilotsuz uçuş aparatının avtonom idarəetmə arxitekturasına inteqrasiyası, sensor məlumatlarının intellektual emalı və dəyişən uçuş şəraitində idarəetmə qərarlarının adaptiv formalaşdırılması üzrə yanaşmaların tədqiqindən ibarətdir. Tədqiqatın nəticəsində laboratoriya və simulyasiya şəraitində sınaqdan keçirilə bilən AI əsaslı avtonom idarəetmə sisteminin modeli, onun struktur-funksional arxitekturası və effektivliyinin qiymətləndirilməsi üçün metodika hazırlanması nəzərdə tutulur. Layihənin nəticələri pilotsuz uçuş aparatlarının avtonom idarəetmə texnologiyalarının inkişafına, süni intellekt əsaslı uçuş sistemlərinin tədqiqinə, eləcə də mülki və elmi-tədqiqat xarakterli pilotsuz platformalarda təhlükəsiz və etibarlı idarəetmə texnologiyalarının yaradılmasına elmi-metodiki töhfə verə bilər. Bu baxımdan süni intellekt texnologiyalarından səmərəli istifadə etməklə fiber-optik tipli kabellə idarə edilən zərbə tipli pilotsuz uçuş aparatının effektiv avtonom idarəetmə sisteminin təhlili, tədqiqi və yeni formatda prototipinin işlənməsi böyük aktuallığa malikdir. Təklif olunmuş layihə: süni intellekt texnologiyalarından istifadə etməklə zərbə tipli pilotsuz uçuş aparatının avtonom idarəetmə sisteminin işlənməsi və tədqiqi zamanı əldə olunmuş mühim elmi-texniki nəticələr Müdafiə Nazirliyinin taktiki və strateji bölmələrində, Müdafiə Sənayesi Nazirliyinin müxtəlif istehsal sahələrində ilkin prototip kimi geniş istifadə edilə bilər.

Bayram İbrahimovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Universitet yataqxana kompleksində bərpa olunan günəş enerjisi sisteminin və Fab Lab infrastrukturunun layihələndirilməsi

Layihə mövcud sənaye və inzibati təyinatlı tikililərin dam örtüklərindən və ərazidə mövcud olan təxminən 3800 m² boş sahədən səmərəli istifadə etməklə günəş enerjisinin elektrik enerjisinə çevrilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə yönəldilmişdir. Layihə çərçivəsində mövcud tikililərin damlarında günəş panellərinin quraşdırılması, həmçinin boş sahədə günəş panellərinin yerləşdirilməsi üçün metal konstruksiyalı sundurmanın layihələndirilməsi nəzərdə tutulur. Tədqiqat və layihələndirmə işləri zamanı ərazinin günəş enerjisi potensialı, günəş panellərinin optimal istiqamətləndirilməsi və meyillik bucağı, panellər arasında kölgələnmənin təsiri, mövcud tikililərin yükdaşıma qabiliyyəti və yeni metal konstruksiyaların möhkəmlik və dayanıqlıq göstəriciləri araşdırılacaqdır. Eyni zamanda, konstruksiyalara təsir edən daimi, qar və külək yükləri nəzərə alınmaqla təhlükəsiz və uzunmüddətli istismarı təmin edən texniki həllərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Layihədə günəş panelləri, invertorlar, elektrik mühafizə və paylayıcı avadanlıqların seçilməsi, onların mövcud elektrik şəbəkəsinə inteqrasiyası və istehsal olunacaq elektrik enerjisinin texniki göstəricilərinin müəyyən edilməsi əsas məsələlərdən biri kimi qəbul edilir. GES-in nəzərdə tutulan gücü, illik elektrik enerjisi istehsalı, sistem itkiləri və enerji səmərəliliyi hesablanaraq layihənin texniki göstəriciləri əsaslandırılacaqdır. Bununla yanaşı, layihənin iqtisadi və ekoloji effektivliyinin qiymətləndirilməsi, ilkin investisiya xərclərinin, istismar göstəricilərinin, elektrik enerjisinə qənaətin və layihənin mümkün geriödəmə müddətinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Günəş enerjisindən istifadə etməklə ənənəvi enerji mənbələrindən asılılığın azaldılması və atmosferə atılan istixana qazlarının həcminin aşağı salınması layihənin mühüm ekoloji nəticələrindən biri olacaqdır.

Uğurlu NadirovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

DOYMAMIŞ YODAMİNOEFİRLƏR ƏSASINDA İNNOVATİV DEZİNFEKSİYAEDİCİ VASİTƏLƏRİN HAZIRLANMASI VƏ AzTU-DA TƏTBİQİ

Layihə sanitar qovşaqlar və digər sanitar səthlər üçün yeni nəsil dezinfeksiyaedici vasitələrin yaradılmasına yönəldilmişdir. Tədqiqatın əsasını doymamış yodaminoefirlərin potensial antimikrob xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. İşin ilkin mərhələsində məqsədəuyğun yodaminoefirlər seçiləcək və onların quruluşu instrumental analiz üsulları ilə təsdiqlənəcəkdir. Daha sonra maddələrin müxtəlif mikroorqanizmlərə qarşı aktivliyi müəyyənləşdiriləcək və optimal aktiv maddə konsentrasiyası seçiləcəkdir. Növbəti mərhələdə seçilmiş maddələr əsasında su əsaslı və ya digər uyğun formulasiya hazırlanacaqdır. Hazırlanmış vasitənin müxtəlif səthlərdə dezinfeksiyaedici effektivliyi, təsir müddəti, stabilliyi və səth materiallarına təsiri araşdırılacaqdır. Layihənin sonunda laboratoriya nəticələri əsasında optimal formulasiya və onun tətbiq texnologiyası müəyyən ediləcəkdir.

Fəxrəddin YusubovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Nasazlığa davamlı həddli post-kvant səsvermə protokollarının işlənməsi və eksperimental qiymətləndirilməsi

Layihə post-kvant elektron səsvermə sistemlərində davamlılıq və əlçatanlıq probleminin həllinə yönəlmişdir. Mövcud qəfəs əsaslı EVOLVE protokolu güclü məxfilik və nəticənin bütövlüyü zəmanətləri təqdim etsə də, onun baza arxitekturasında nəticənin hesablanması üçün bütün avtoritetlərin iştirakı tələb olunur. Avtoritetlərdən birinin texniki nasazlıq, şəbəkə problemi və ya qəsdən imtina səbəbindən prosesdə iştirak etməməsi yekun nəticənin hesablanmasını mümkünsüz edə bilər. Layihənin məqsədi EVOLVE ailəsinin uçdan-uca doğrulanma və təhlükəsizlik xassələrini qorumaqla, Bizans nasazlıqlarına davamlı (t,n)-həddli post-kvant səsvermə protokolunun — T-EVOLVE-un işlənməsi, reallaşdırılması və eksperimental qiymətləndirilməsidir. Təklif olunan modeldə bütün n avtoritetin deyil, əvvəlcədən müəyyən edilmiş minimum t sayda avtoritetin iştirakı nəticənin əldə edilməsi üçün kifayət etməlidir. Bununla yanaşı, yanlış qismən nəticə göndərən iştirakçıların aşkarlanması, təqsirin sübut edilməsi, onların kənarlaşdırılması və qalan avtoritetlərlə hesablamanın davam etdirilməsi üçün doğrulana bilən qismən açılma və identifiable abort mexanizmləri hazırlanacaq. Tədqiqat nəzəri kriptoqrafik konstruksiya, formal təhlükəsizlik əsaslandırması və eksperimental qiymətləndirmə mərhələlərini birləşdirəcək. Layihə çərçivəsində həddli paylaşma mexanizmləri işlənəcək, dəyişmiş iştirak modeli üçün məxfilik və konsistentlik nəticələri yenidən sübut ediləcək, sıfır-bilik sübutları uyğunlaşdırılacaq, parametr dəstləri çıxarılacaq və protokolun istinad proqram kitabxanası, avtoritet düyünü və müstəqil verifikatoru hazırlanacaq. Hazırlanmış protokol müxtəlif (t,n) konfiqurasiyaları, seçici sayları və nasazlıq ssenariləri üzrə baza EVOLVE variantı ilə eyni eksperimental mühitdə müqayisə ediləcək. Ölçmələr bülletenin həcmi, hesablama və doğrulama vaxtı, kommunikasiya yükü və təhlükəsizlik səviyyəsi üzrə aparılacaq. Layihənin yekununda AzTU-nun laboratoriya mühitində simulyasiya edilmiş universitetdaxili səsvermə və ya sorğu ssenarisi üzrə pilot tətbiq həyata keçiriləcək. Layihənin nəticələri post-kvant kriptoqrafiyası, rəqəmsal etimad və təhlükəsiz proqram təminatı sahələrinin inkişafına töhfə verəcək, həmçinin elektron səsvermə ilə yanaşı məxfi və doğrulana bilən sorğu və kollektiv qərarvermə sistemlərində istifadə oluna bilən texnoloji baza yaradacaq.

Calal ƏlizadəƏtraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

Qeyri - sərt hissələrdə fırlanma səthlərinin rəqabətqabiliyyətli paralel emal texnologiyalarının tədris prosesi və istehsalatda tətbiq üçün işlənməsi

Silahların boru tipli hissələrinin (atıcı silah lülələri, istiqamətləndirici borular və s.) istehsalı müdafiə sənayesinin ən mürəkkəb və məsuliyyətli mexaniki emal proseslərindən biridir. Bu növ hissələr nazik divara və aşağı texnoloji sərtliyə malik olduqlarından və xarici fırlanma səthlərinin emalı alətin bir tərəfdən material çıxarması ilə aparıldığından, onlarn emalı zamanı kəsmə qüvvələri və onların momentlərinin texnoloji sistemə birtərəfli və ya qeyri-simmetrik təsiri pəstahın böyük elastik deformasiyasına, alət–detal sistemində vibrasiyaların yaranmasına, ölçü sapmalarının artmasına və səthin formalaşma keyfiyyətinin aşağı alınmasına səbəb olur. Bu da istehsal dəqiqliyinin düşməsinə və məhsuldarlığın məhdudlaşmasına səbəb olur. Deformasiya və rəqsləri minimuma endirmək üçün kəsmə dərinliyi və verişin məcburi olaraq aşağı qəbul edilməsi isə emal vaxtını uzadır, məhsuldarlıq aşağı, istehsalın maya dəyəri yüsək olur. İşlənmiş, boru tipli hissələrin xarici fırlanma səthlərinin üzbəüz yerləşdirilmiş kəskilərlə paralel emalına əsaslanan innovativ texnoloji təchizat və paralel emal texnologiyası detala diametral əks tərəflərdən eyni vaxtda təsir edən iki kəskinin güc vektorlarını balanslaşdırmağa imkan verir. Kəsici alətlərin sərt əlaqələndirilməsi və səthin üzbəüz yerləşdirilmiş kəskilərlə paralel emalı zamanı elastiki deformasiyaların, onların dəyişmə diapazonunun minimum olması nəticəsində texnoloji sistemin dayanıqlığı təmin edilir, qeyri-sərt fırlanma pəstahların emalı zamanı onların həndəsi oxundan əyilməsi və en kəsiyin ovallığının aradan qaldırılması, emal dəqiqliyinin yüksədilməsi, səth kələ-kötürlüyünün kəskin yaxşılaşdırılması və emal məhsuldarlığının 1,5 dəfədən çox artırılmasını təmin edir, qeyri-sərt vallarda da səthi yüksək məhsuldarlıqla paralel emal etmək mümkün olur. Layihədə emal dəqiqliyinə təsir edən əsas texnoloji və dinamik amillərin sistemləşdirilməsi, paralel emal prosesinin qüvvə-riyazi və hesablama modelinin yaradılması, texnoloji sistemin vibrasiya və dinamiki dayanıqlıq xüsusiyyətlərinin araşdırılması, paralel emal üçün innovativ texnoloji qurğunun, texnoloji təchizatın və alət blokunun konstruksiyasnın layihələndirilməsi, emal prosesində əsas keyfiyyət göstəricilərinin operativ nəzarət metodunun müəyyənləşdirilməsi, nəzəri nəticələrin eksperimental və ya simulyasiya tədqiqatları ilə yoxlanılması və metroloji qiymətləndirmə, təklif olunan texnologiyanın ənənəvi emal üsulu ilə texniki-iqtisadi müqayisəsi, nəticə və istehsalatda tətbiq üçün tövsiyələrin işlənməsi kimi və onlarla əlaqədar məsələlərin həlli nəzərdə tutulur.

Nəriman RəsulovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AzTU-nun innovativ tədris və tədqiqat məqsədləri üçün elektromobilin işlənilməsi və hazırlanması

Layihə AzTU-nun tədris və tədqiqat məqsədləri üçün innovativ elektromobil prototipinin işlənilməsi və hazırlanmasına həsr olunur. Layihənin əsas məqsədi iki nəfərlik kompakt elektromobilin konstruktiv quruluşunun, elektrik intiqalının, enerji saxlama sisteminin, idarəetmə və monitorinq vasitələrinin vahid sistemdə inteqrasiyasıdır. Prototipin hazırlanması zamanı elektromobilin karkası, ön və arxa asqısı, sükan və əyləc sistemi, elektrik mühərriki, ötürücü mexanizm, akkumulyator bloku, idarəetmə modulu və sensorlar işləniləcək və sınaqdan keçiriləcək. Sensorlar vasitəsilə gərginlik, cərəyan, temperatur, sürət və batareyanın doluluq səviyyəsi kimi əsas parametrlərin ölçülməsi nəzərdə tutulur. Layihənin elmi yeniliyi müxtəlif mexaniki, elektrik və rəqəmsal sistemlərin tədris-tədqiqat məqsədləri üçün vahid elektromobil prototipində inteqrasiyasından ibarətdir. Hazırlanacaq prototip əsasında elektromobilin enerji sərfiyyatı, hərəkət dinamikası, enerji idarəetməsi və texniki etibarlılığı üzrə eksperimental tədqiqatlar aparılacaqdır.

Nicat ZöhrabovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

“AzTU-da Yaşıl İnformasiya Texnologiyalarının (Green IT) Tətbiqi və Davamlı Rəqəmsal Universitet Modelinin Formalaşdırılması”

“AzTU-da Yaşıl İnformasiya Texnologiyalarının (Green IT) tətbiqi və davamlı rəqəmsal universitet modelinin formalaşdırılması” adlı layihə Azərbaycan Texniki Universitetində informasiya texnologiyaları infrastrukturunun enerji və resurs səmərəliliyinin artırılması, rəqəmsal fəaliyyətin ekoloji təsirinin qiymətləndirilməsi və Green IT prinsiplərinə əsaslanan davamlı idarəetmə modelinin hazırlanmasına yönəlmişdir. Müasir ali təhsil müəssisələrində rəqəmsal transformasiyanın sürətlənməsi kompüter sistemləri, serverlər, şəbəkə avadanlıqları, məlumatların saxlanılması və rəqəmsal xidmətlərin enerji istehlakının artmasına səbəb olur. Bununla yanaşı, elektron avadanlıqların yenilənməsi elektron tullantıların yaranması, rəqəmsal infrastrukturun genişlənməsi isə enerji və resurslardan daha səmərəli istifadə məsələlərini aktuallaşdırır. Bu baxımdan Green IT yanaşması informasiya texnologiyalarının yalnız texniki və iqtisadi deyil, həm də ekoloji davamlılıq prinsipləri əsasında idarə edilməsini nəzərdə tutur. Layihə çərçivəsində AzTU-nun mövcud İT ekosisteminin ilkin Green IT auditi aparılacaq, kompüter və şəbəkə infrastrukturu, rəqəmsal xidmətlər və əsas resurs istehlakı istiqamətləri qiymətləndiriləcəkdir. Enerji və resurs səmərəliliyinin müəyyən edilməsi üçün əsas göstəricilər və KPI sistemi hazırlanacaq, rəqəmsal infrastrukturun karbon izinin qiymətləndirilməsi üçün metodoloji yanaşma formalaşdırılacaqdır. Tədqiqat zamanı beynəlxalq təcrübənin və elmi mənbələrin sistemli təhlili, müqayisəli analiz, Green IT auditi, enerji və resurs göstəricilərinin qiymətləndirilməsi, ekspert rəylərinin öyrənilməsi və pilot tətbiq yanaşmalarından istifadə olunacaqdır. Əldə edilən nəticələr əsasında AzTU üçün enerji səmərəli və ekoloji davamlı rəqəmsal transformasiyanı təmin edən Green IT Tətbiq Modeli hazırlanacaqdır. Layihənin əsas elmi nəticəsi Green IT, rəqəmsal transformasiya və davamlı universitet konsepsiyalarını vahid çərçivədə birləşdirən, Azərbaycan ali təhsil müəssisələrinin xüsusiyyətlərinə uyğunlaşdırılmış metodoloji modelin formalaşdırılması olacaqdır. Praktiki nəticələr kimi AzTU üçün Green IT audit hesabatının, əsas fəaliyyət göstəricilərinin, rəqəmsal karbon izi üzrə ilkin qiymətləndirmə modelinin, pilot tətbiq mexanizmlərinin və Green IT üzrə yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi AzTU-da İT resurslarının daha səmərəli idarə olunmasına, enerji istehlakının optimallaşdırılması imkanlarının müəyyən edilməsinə, elektron avadanlıqlardan rasional istifadəyə və universitetdə davamlı rəqəmsal inkişaf mədəniyyətinin formalaşdırılmasına töhfə verəcəkdir. Layihə nəticələrinin gələcəkdə digər ali təhsil müəssisələri üçün də uyğunlaşdırıla bilən metodoloji və praktiki model kimi istifadə olunması nəzərdə tutulur.

Zəfər CəfərovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AzTU Yaşıl Transformasiya: Dayanıqlı Kampus və Yaşıl İnnovasiya Təşəbbüsləri

AzTU Sustainable Campus Azərbaycan Texniki Universitetində dayanıqlı inkişaf mədəniyyətinin gücləndirilməsinə, universitet icmasının bu sahədə bilik və bacarıqlarının artırılmasına və dayanıqlı davranışların təşviqinə yönəlmiş institusional layihədir. Layihə dayanıqlı inkişafı yalnız ekoloji fəaliyyətlərlə məhdudlaşdırmadan, sosial məsuliyyət, inklüzivlik, iqlim fəaliyyəti, resurslardan səmərəli istifadə və məsuliyyətli istehlak kimi istiqamətləri əhatə edən kompleks yanaşma əsasında həyata keçiriləcək. Layihə çərçivəsində təlim və seminarlar, workshoplar, maarifləndirmə kampaniyaları, tələbə təşəbbüsləri, Green Campus və Green Library fəaliyyətləri, SDG yönümlü müsabiqələr və sosial-ekoloji tədbirlərin vahid proqram çərçivəsində təşkili nəzərdə tutulur. Əsas yanaşma nəzəri biliklərin praktik fəaliyyətlərlə əlaqələndirilməsi və universitet icmasının dayanıqlı inkişaf təşəbbüslərində fəal iştirakının təmin edilməsidir. Layihənin fərqləndirici xüsusiyyəti beynəlxalq “Campus as a Living Lab” yanaşmasının AzTU-nun mühəndislik və texnologiya yönümlü akademik profili ilə birləşdirilməsidir. Bu çərçivədə kampus real dayanıqlılıq problemlərinin araşdırıldığı, tələbə və akademik komandalar tərəfindən innovativ həllərin hazırlandığı və pilot şəkildə sınaqdan keçirildiyi canlı laboratoriya kimi istifadə olunacaq. Layihənin ikinci innovativ istiqaməti tələbə ideyalarının yalnız müsabiqə formatında təqdim olunması ilə kifayətlənməyərək, seçilmiş ideyaların kiçik həcmli Green Innovation Micro-Grants vasitəsilə maliyyələşdirilməsi və real kampus şəraitində pilotlaşdırılmasıdır. Bu mexanizm beynəlxalq universitetlərdə tətbiq olunan tələbə sustainability seed-grant modellərinə uyğunlaşdırılacaq. Layihənin əsas hədəf qruplarını tələbələr, akademik heyət, inzibati əməkdaşlar və universitetin struktur bölmələrinin nümayəndələri təşkil edəcək. Fəaliyyətlərin mövzusundan asılı olaraq sənaye nümayəndələrinin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ekspertlərin və beynəlxalq tərəfdaşların prosesə cəlb edilməsi də nəzərdə tutulur. Layihə nəticəsində AzTU-da dayanıqlı inkişaf fəaliyyətlərinin ayrı-ayrı tədbirlərdən ibarət yanaşmadan çıxarılaraq “təlim – iştirak – tətbiqi fəaliyyət – pilot – ölçmə – institusional inteqrasiya” zəncirinə əsaslanan sistemli modelə keçirilməsi nəzərdə tutulur.

Pərvanə MövsümovaƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

SÜNİ İNTELLEKT DƏSTƏKLİ EKO – LİFT LAYİHƏSİ: İNKLÜZİV UNİVERSİTET İNFRASTRUKTURU

Təklif edilən layihə ali təhsil müəssisələrində fiziki məhdudiyyətli şəxslər üçün əlçatan, təhlükəsiz və enerji səmərəli lift infrastrukturunun formalaşdırılmasına yönəlib. Layihənin əsas istiqamətlərinə universitetin əsas binasında əlil liftlərinin quraşdırılması imkanlarının qiymətləndirilməsi, optimal mühəndislik həllərinin hazırlanması və beynəlxalq standartlara uyğun layihələndirmə prinsiplərinin tətbiqi daxildir. Konsepsiyanın mühüm hissəsini günəş enerjisi sistemləri hesabına enerji təminatı, elektrik enerjisi sərfiyyatının azaldılması və karbon emissiyalarının minimuma endirilməsi təşkil edir. Süni intellekt əsaslı diaqnostika və ağıllı idarəetmə texnologiyaları lift avadanlıqlarının texniki vəziyyətinin qiymətləndirilməsi, mümkün nasazlıqların əvvəlcədən müəyyənləşdirilməsi və texniki xidmətin səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır. Layihə nəticəsində inklüzivlik, enerji səmərəliliyi və yaşıl texnologiyalar prinsiplərini özündə birləşdirən müasir universitet infrastrukturu modeli təklif olunur.

İsa XəlilovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AzTU binası üçün süni intellekt və bərpa olunan enerji inteqrasiyalı ağıllı istilik və ventilyasiya sisteminin optimallaşdırılması

Binalarda enerji istehlakının azaldılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, daxili hava keyfiyyətinin və istilik komfortunun təmin edilməsi müasir enerji və iqlim siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə universitet binalarında insanların sayının, dərs cədvəllərinin, otaqların istifadə intensivliyinin və xarici hava şəraitinin gün ərzində dəyişməsi istilik və ventilyasiya sistemlərinin enerji tələbatının qeyri-sabit xarakter daşımasına səbəb olur. Bu baxımdan ənənəvi, sabit iş rejiminə əsaslanan sistemlərin süni intellekt və rəqəmsal texnologiyalar əsasında optimallaşdırılması mühüm elmi-praktik əhəmiyyət kəsb edir. Təklif etdiyimiz layihənin əsas məqsədi Azərbaycan Texniki Universitetinin (AzTU) binasında süni intellektlə idarə olunan, bərpa olunan enerji mənbələri ilə inteqrasiya edilmiş ağıllı istilik və ventilyasiya sisteminin hazırlanması və optimallaşdırılmasıdır. Layihə çərçivəsində enerji istehlakının real vaxt rejimində monitorinqi, daxili və xarici mühit parametrlərinin ölçülməsi, enerji tələbatının proqnozlaşdırılması və istilik-ventilyasiya sistemlərinin optimal iş rejiminin avtomatik müəyyənləşdirilməsi nəzərdə tutulur. Təklif olunan texnoloji həll temperatur, nisbi rütubət, CO₂ konsentrasiyası, enerji sərfiyyatı, binanın istifadə intensivliyi, xarici hava şəraiti və digər mühüm parametrləri ölçən IoT əsaslı sensorlardan əldə edilən məlumatların vahid platformada toplanmasına əsaslanacaqdır. Toplanmış məlumatlar süni intellekt və maşın öyrənməsi alqoritmləri vasitəsilə emal edilərək binanın enerji davranışının öyrənilməsi və qısamüddətli enerji tələbatının proqnozlaşdırılması üçün istifadə olunacaqdır. Proqnoz nəticələrinə əsasən istilik və ventilyasiya sistemlərinin iş parametrləri dinamik şəkildə tənzimlənəcəkdir. Layihənin mühüm innovativ istiqamətlərindən biri bərpa olunan enerjinin ağıllı HVAC sistemi ilə inteqrasiyasıdır. Xüsusilə günəş fotovoltaik sistemindən əldə olunan enerjinin binanın istilik və ventilyasiya tələbatı ilə əlaqələndirilməsi nəzərdə tutulur. Süni intellekt alqoritmləri günəş enerjisinin mövcudluğunu və binanın gələcək enerji tələbatını nəzərə alaraq enerji istifadəsinin optimal vaxtını və rejimini müəyyən edə biləcəkdir. Bununla enerji itkilərinin azaldılması, yerli bərpa olunan enerjidən istifadənin artırılması və ənənəvi enerji mənbələrindən asılılığın azaldılması üçün şərait yaradılacaqdır. Layihədə enerji səmərəliliyi ilə yanaşı istilik komfortu və daxili hava keyfiyyəti də əsas optimallaşdırma göstəriciləri kimi qəbul ediləcəkdir. Sistem enerji sərfiyyatını azaltmaqla yanaşı, daxili temperaturun, rütubətin və CO₂ səviyyəsinin qəbul edilə bilən diapazonda saxlanılmasını təmin etməlidir. Beləliklə, layihə yalnız enerjiyə qənaət edən deyil, həm də insan sağlamlığı, komfortu və təhsil fəaliyyəti üçün əlverişli daxili mühit yaradan ağıllı bina konsepsiyasını formalaşdıracaqdır. Layihənin icrası nəticəsində AzTU binası üçün AI əsaslı enerji tələbatının proqnozlaşdırılması modeli, ağıllı istilik və ventilyasiya idarəetmə alqoritmi, bərpa olunan enerji inteqrasiya modeli, real vaxt monitorinq platforması və ağıllı bina enerji idarəetmə prototipi hazırlanması gözlənilir. Sistemin effektivliyi enerji sərfiyyatı, pik enerji tələbatı, bərpa olunan enerjidən istifadə səviyyəsi, istilik komfortu və daxili hava keyfiyyəti kimi göstəricilər əsasında qiymətləndiriləcəkdir. AzTU binasının layihənin real şəraitdə sınaqdan keçirilməsinə və əldə olunan nəticələrin digər universitet, məktəb, inzibati və ictimai binalara uyğunlaşdırılmasına imkan verəcəkdir. Layihənin nəticələri gələcəkdə “ağıllı kampus” və “yaşıl bina” konsepsiyalarının inkişafı, enerji səmərəliliyinin yüksəldilməsi və aşağı karbonlu bina texnologiyalarının tətbiqi üçün elmi-texniki baza yarada bilər. Beləliklə, layihə süni intellekt, IoT, ağıllı HVAC, bərpa olunan enerji və proqnozlaşdırıcı idarəetmə texnologiyalarını vahid sistemdə birləşdirərək AzTU binasında yeni nəsil enerji-səmərəli və rəqəmsal idarə olunan bina modelinin yaradılmasına yönəlmişdir. Layihənin nəticələrinin miqyaslandırılması Azərbaycanda universitet və digər ictimai binaların enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerjidən istifadənin genişləndirilməsinə və müasir ağıllı bina texnologiyalarının inkişafına mühüm töhfə verə bilər.

Vaqif HəsənovƏtraflı
Yeni materiallar və texnologiyalar

Funksional qradientli nanokompozitlərin yeni nəsil modelinin işlənməsi və bu materiallardan hazırlanmış strukturların dayanıqlıq davranışının intellektual proqnozlaşdırılması

Layihənin məqsədi riyazi modelləşdirmə və süni intellekt metodlarından istifadə etməklə funksional qradientli nanokompozit materialların (FGNCM) dayanıqlıq, gərginlik-deformasiya və zədələnmə proseslərinin analitik və ədədi modellərinin hazırlanmasıdır. Tədqiqat çərçivəsində materialların mexaniki və termal yüklənmələr altında davranışı öyrəniləcək, MATLAB və ANSYS mühitində simulyasiyalar aparılacaq, süni neyron şəbəkələri, genetik alqoritmlər və digər optimallaşdırma üsulları vasitəsilə material parametrlərinin proqnozlaşdırılması və optimallaşdırılması həyata keçiriləcəkdir. Layihə funksional qradientli nanokompozitlərin mexaniki davranışının daha dəqiq proqnozlaşdırılmasına, yüksək dayanıqlığa malik yeni material strukturlarının layihələndirilməsinə və müasir materialşünaslıq sahəsində süni intellekt əsaslı yanaşmaların inkişafına xidmət edir. Əldə olunacaq nəticələr aerokosmik, müdafiə, avtomobil və tikinti sənayesində tətbiq potensialına malik olmaqla yanaşı, Scopus və Web of Science indeksli jurnallarda elmi məqalələrin hazırlanmasına, yeni proqram modullarının yaradılmasına və milli elmi potensialın gücləndirilməsinə töhfə verəcəkdir. Əsas gözlənilən nəticələr: FGNCM-lərin dayanıqlığını xarakterizə edən yeni riyazi modellərin işlənməsi; Süni intellekt əsaslı proqnozlaşdırma və optimallaşdırma alqoritmlərinin hazırlanması; MATLAB/ANSYS mühitində ədədi simulyasiya platformasının yaradılması; Dayanıqlığı və enerjiudma qabiliyyəti yüksək olan optimallaşdırılmış nanokompozit material tərkiblərinin müəyyən edilməsi; Scopus/WoS indeksli jurnallarda elmi məqalələrin və konfrans materiallarının hazırlanması, eləcə də gələcək patentləşdirmə üçün elmi baza formalaşdırılması.

Sahib PiriyevƏtraflı
Tətbiqi əhəmiyyətli yeni qurğu və cihaz layihələndirmələri

"Kritik infrastruktur obyektlərinin avtonom və bərpaolunan enerji sistemlərinin modelləşdirilməsi üçün Universitet Təlim-Tədqiqat Virtual Laboratoriyası ("AutonEnergy VirtualLab v1.0"

Ucqar və hərbi təyinatlı obyektlərin fasiləsiz enerjitəminatı əsasən təcrid olunmuş (Off-Grid) avtonom hibrid sistemlər hesabına həyata keçirilir. Bu sistemlərin rejim analizi və dinamik yüklənmə şəraitində idarə olunması mühəndis kadrlarından dərin praktiki vərdişlər tələb edir. Günümüzün mühəndislik təhsilində ənənəvi nəzəri mühazirələr tələbələrin praktiki bacarıqlarını tam formalaşdıra bilmir. Bakalavr pilləsində keçirilən xüsusi mühəndislik və enerji sistemləri dərslərinin effektivliyini artırmaq üçün müasir, vizual və interaktiv proqram təminatının işlənməsi həyati əhəmiyyət kəsb edir. Tələbələrin real ssenarilərlə təmasda olması, müxtəlif gərginlik, temperatur və yük rejimini proqram üzərində təcrübədən keçirməsi onların tədqiqatçılıq və kritik düşünmə qabiliyyətini kəskin yüksəldəcəkdir. Real güc avadanlıqlarının, yüksək gərginlikli invertorların və akkumulyator banklarının laboratoriyalarda fiziki qurulması yüksək maliyyə xərcləri yaratmaqla yanaşı, tələbələr üçün təhlükəsizlik riski daşıyır. Xarici kommersiya simulyatorları (PVsyst, HOMER) isə qapalı koda malikdir, bahalı lisenziya tələb edir və bakalavriat sillabusunun laboratoriya addımlarına cavab vermir.

Qadir QafarovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

EDULINK – Tələbə mobilliyinin inkişafı və ağıllı ŞATL nəqliyyat sisteminin yaradılması

EDULINK layihəsi tələbələrin, xüsusilə şəhərətrafı və nəqliyyat baxımından məhdud əlçatanlığa malik ərazilərdə yaşayan tələbələrin ali təhsil müəssisələrinə təhlükəsiz, etibarlı, əlçatan, vaxt baxımından səmərəli və iqtisadi cəhətdən münasib nəqliyyat çıxışının təmin edilməsinə yönəlmiş innovativ akademik mobillik təşəbbüsüdür. Layihənin ilkin pilot mərhələsinin Azərbaycan Texniki Universitetində (AzTU) həyata keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd AzTU tələbələrinin gündəlik nəqliyyat tələbatının müəyyənləşdirilməsi, bu tələbat əsasında optimal ŞATL (Shuttle) marşrutlarının hazırlanması və rəqəmsal texnologiyalarla dəstəklənən pilot nəqliyyat xidmətinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində tələbələrin yaşayış əraziləri, gündəlik gediş-gəliş istiqamətləri, səyahət vaxtları, istifadə etdikləri nəqliyyat vasitələri, nəqliyyat xərcləri, nəqliyyat vasitələrinin dəyişdirilməsi və universitetə çatımlılıq səviyyəsi üzrə geniş məlumat bazası formalaşdırılacaqdır. Toplanan məlumatlar GIS və statistik təhlil vasitəsilə qiymətləndiriləcək, tələbə mobilliyinin məkan və zaman strukturu müəyyən ediləcək və mənşə–təyinat (OD) matrisi hazırlanacaqdır. Əldə olunan nəticələr əsasında optimal marşrut, dayanacaq, hərəkət intervalı və xidmət parametrləri müəyyənləşdiriləcək, alternativlər PTV Visum və PTV Vissim proqram təminatları vasitəsilə modelləşdirilərək qiymətləndiriləcəkdir. Layihənin əsas innovativ komponentlərindən biri hazırlanacaq EDULINK rəqəmsal platforması və mobil tətbiqidir. Tətbiq tələbələrə ŞATL marşrutlarını və dayanacaqları xəritədə görmək, avtobusun real vaxt rejimində hərəkətini izləmək, dayanacağa təxmini çatma vaxtını (ETA) müəyyənləşdirmək, xidmət cədvəli və marşrut dəyişiklikləri barədə məlumat almaq imkanı verəcəkdir. Pilot avtobusların GPS avadanlığı ilə təchiz edilməsi və sərnişin sayının/doluluq səviyyəsinin monitorinqi vasitəsilə tələbələrə avtobusun təxmini doluluğu barədə real vaxt və ya operativ məlumatın təqdim edilməsi nəzərdə tutulur. Layihə komandası üçün yaradılacaq idarəetmə paneli vasitəsilə avtobusların mövqeyi, hərəkət intervalı, gecikmələr, sərnişin sayı, doluluq səviyyəsi və digər əsas göstəricilər izləniləcəkdir. Hazırlanmış model əsasında tələbə tələbatının yüksək olduğu istiqamətlərdə 2–3 pilot ŞATL marşrutunun və 2–3 avtobusun tətbiqi nəzərdə tutulur. Layihənin pilot mərhələsində sərnişindaşıma xidməti göstərən ixtisaslaşmış şirkətlə müqavilə bağlanılaraq, layihə üçün zəruri sayda avtobusun müəyyən müddətə icarəyə götürülməsi və onların ŞATL xidmətinin təşkili üçün istifadəsi nəzərdə tutulur. Pilot mərhələdə səyahət vaxtı, nəqliyyat xərcləri, xidmətə əlçatanlıq, avtobusların doluluğu, vaxtında xidmət göstərmə səviyyəsi, təhlükəsizlik, rahatlıq və tələbə məmnunluğu kimi göstəricilər üzrə monitorinq və qiymətləndirmə aparılacaqdır. Bununla layihənin yalnız nəqliyyat xidmətinin yaradılması deyil, onun effektivliyinin ölçülməsi və məlumatlar əsasında davamlı təkmilləşdirilməsi təmin ediləcəkdir.

Fuad Daşdəmirov Ətraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

AquaFly Prioritet istiqamət: Müdafiə sənayesi və ikili təyinatlı mühəndislik texnologiyaları . Əhatə dairəsi: Pilotsuz sistemlər, təhlükəsiz rabitə, radar və sensor texnologiyaları, elektronika, mexaniki və rəqəmsal müdafiə həlləri, yerli texnoloji komponentlərin hazırlanması. AquaFly Hava və su mühitlərində işləyən ikili təyinatlı pilotsuz mühəndislik və monitorinq platformasının süni intellekt əsaslı idarəetmə sisteminin işlənməsi

AquaFly layihəsi hava və su mühitlərində fəaliyyət göstərə bilən ikili təyinatlı pilotsuz mühəndislik və monitorinq platformasının və onun süni intellekt əsaslı idarəetmə sisteminin hazırlanmasına yönəldilmiş tətbiqi-elmi layihədir. Layihənin əsas ideyası bir pilotsuz platformanın iki müxtəlif mühitdə – hava və suda – fəaliyyət göstərməsi və əldə etdiyi kamera və sensor məlumatlarının rəqəmsal sistem vasitəsilə emal edilməsidir. Platformanın fiziki hissəsi katamaran tipli gövdə, hava və su hərəkət sistemləri, elektronika, kamera və sensorlardan ibarət olacaqdır. Layihənin rəqəmsal hissəsində AquaFly Süni intellekt modulu və Mode Controller əsas komponentlər kimi çıxış edir. Mode Controller mühitin müəyyənləşdirilməsi və uyğun hərəkət rejiminin seçilməsi funksiyasını yerinə yetirir. Süni intellekt modulu isə sensor məlumatlarının analitik emalı, hadisələrin təsnifatı, strukturlaşdırılmış hesabatların hazırlanması və operatora qərar dəstəyinin təqdim edilməsini təmin edir. Platformanın tətbiq sahələrinə axtarış-xilasetmə, fövqəladə halların monitorinqi, daşqın və sel ərazilərinin müşahidəsi, su hövzələrinin və sahilyanı ərazilərin monitorinqi, körpü, bənd və liman kimi mühəndis infrastrukturlarının vizual yoxlanılması daxildir. Layihə 12 ay müddətində həyata keçiriləcək və nəticədə işlək fiziki AquaFly prototipinin, inteqrasiya olunmuş süni intellekt və Mode Controller proqram modulunun hazırlanması, laboratoriya və nəzarətli pilot sınaqların keçirilməsi, elmi məqalə və əqli mülkiyyət istiqamətində sənədləşdirmənin aparılması nəzərdə tutulur.

Səbuhi QurbanovƏtraflı
Yeni materiallar və texnologiyalar

AzTU-da maşın öyrənməsi ilə idarə olunan yeni nəsil metal-kompozit örtüklərin yaradılması

Layihə neft-qaz sənayesinin aqressiv mühitlərində işləyən karbon və azlegirli polad konstruksiya və avadanlıqların xidmət müddətinin artırılması üçün yeni çoxkomponentli korroziya-aşınma davamlı metal-kompozit örtüyün yaradılmasına yönəldilmişdir. Layihədə əsas substrat kimi API 5L X65/X70 tipli boru poladlarına yaxın karbon və azlegirli poladların tətbiqi nəzərdə tutulur. Yeni örtüyün metal matrisini Ni-Fe-Cr sistemi təşkil edəcək, matrisa Mo, B və Si ilə modifikasiya olunacaqdır. Örtüyün yüksək aşınma müqavimətini təmin etmək məqsədilə WC və Cr₃C₂ karbidlərinin hibrid möhkəmləndirici faza kimi istifadəsi araşdırılacaqdır. Örtük karbon poladından xarici funksional səthə doğru kimyəvi tərkibi və möhkəmləndirici fazanın miqdarı dəyişən funksional-gradientli quruluşda hazırlanacaqdır. Belə yanaşma karbon poladı ilə yüksək xassəli xarici qat arasında daha mərhələli struktur keçidinin formalaşdırılmasına, qalıq gərginliklərinin və çat əmələ gəlmə ehtimalının azaldılmasına xidmət edəcəkdir. Örtüyün hazırlanması üçün əsas texnologiya kimi lazer örtmə üsulu nəzərdə tutulur. Lazer gücü, skan sürəti, tozun verilmə sürəti, örtmə addımı və digər texnoloji parametrlərin örtüyün mikrostrukturuna, məsaməliliyinə, substratla qarışma dərəcəsinə, sərtliyinə, korroziya və aşınma davranışına təsiri tədqiq ediləcəkdir. Alınmış örtüklər optik və elektron mikroskopiya, SEM–EDS, XRD, profilometriya, mikro- və makrosərtlik, triboloji, elektrokimyəvi və digər uyğun tədqiqat üsulları ilə xarakterizə ediləcəkdir. Korroziya davranışı ilk mərhələdə xlorid tərkibli model məhlullarda, daha sonra CO₂ ilə zənginləşdirilmiş neft-qaz mühitini imitasiya edən məhlullarda öyrəniləcəkdir. H₂S tərkibli mühitlərdə sınaqlar yalnız müvafiq təhlükəsizlik sistemi olan laboratoriyada və ya ixtisaslaşmış tərəfdaş təşkilatda aparılacaqdır. Layihənin əsas innovativ hissələrindən biri kimyəvi tərkib və lazer örtmə texnologiyasının maşın öyrənməsi ilə birlikdə optimallaşdırılmasıdır. Ni, Fe, Cr, Mo, B, Si miqdarları, WC/Cr₃C₂ nisbəti və lazer parametrləri giriş göstəriciləri, örtüyün sərtliyi, məsaməliliyi, aşınma sürəti, korroziya cərəyanı sıxlığı, elektrokimyəvi müqaviməti, çatların olması və digər xassələr isə çıxış göstəriciləri kimi rəqəmsal məlumat bazasına daxil ediləcəkdir. Random Forest, Gradient Boosting/XGBoost, Support Vector Regression, Gaussian Process Regression və digər uyğun modellərin müqayisəsi aparılacaqdır. Kiçik və orta həcmli eksperimental məlumat bazası nəzərə alınaraq model seçimi məlumatın real həcminə uyğun aparılacaq və yalnız yüksək dəqiqlik göstəricisi əldə etmək məqsədilə həddindən artıq mürəkkəb model tətbiq edilməyəcəkdir. İzah edilə bilən maşın öyrənməsi vasitəsilə örtüyün xassələrinə ən çox təsir göstərən kimyəvi və texnoloji parametrlər müəyyən ediləcəkdir. Bayesian və digər çoxmeyarlı optimallaşdırma üsulları vasitəsilə maksimum korroziya və aşınma müqavimətinə, minimal məsaməliliyə, yaxşı metallurgiya birləşməsinə və mümkün qədər aşağı material maya dəyərinə malik kompozisiya seçiləcəkdir. Maşın öyrənməsi tərəfindən təklif edilən ən perspektivli örtüklər laboratoriyada yenidən hazırlanaraq modelin nəticələri eksperimental şəkildə yoxlanılacaqdır. Layihənin sonunda şərti olaraq AZTU–NFC-MMC adlandırılan yeni metal-kompozit örtük sistemi, onun hazırlanma texnologiyası, eksperimental məlumat bazası, maşın öyrənməsi modeli və rəqəmsal material pasportu yaradılması nəzərdə tutulur.

Afət CəfərovaƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Termodinamilka və Nanomexanikanın prinsipləri əsasında hidromexaniki qurğuların keyfiyyət göstəricilərinin yüksəldilməsi

Müasir "ağıllı" maşın və avadanlıqların keyfiyyət və istismar göstəriciləri xeyli dərəcədə onların konstruksiya elementlərinin materiallarının mexaniki-fiziki xassələrindən asılıdır. Konstruksiya elementlərinin materiallarının elastiklik və sərtlik parametrlərinin ənənəvi materiallar müqavimətinin prinsipləri əsasında araşdırılması və nəzərə alınması bu gün özünü doğrultmur. Odur ki, materialların mexaniki xassələrinin onların nanoölçülü hissəcikləri səviyyəsində araşdırılması və dəqiqləşdirilməsinə ehtiyac duyulur. Materialının nanoölçülü strukturunun mexaniki xassələrinin öyrənilməsi onların xassələrinin real mənzərəsini yaratmaq deməkdir. Real materialların heç bir sadələşdirmə və hipotezlərin qəbul edilmədən mexaniki xassələrinin nəzəri və eksperimental üsullarla öyrənilməsi Nanomexanikanın predmetinə daxildir. Burada konstruksiya elementlərinin materialının kəsilməzliyi haqqındakı fərziyyə öz əhəmiyyətini itirir və materialın anizatrop xassələrinin araşdırılması üçünonun daxili quruluşunun diskret xassəyə malik olduğu nəzərə alınır. Bu isə maşın və mexanizmlərin keyfiyyət göstəricilərinin yüksəldilməsini şərtləndirir. Materialın izotrop və kəsilməzlik xassələri haqqındakı hipotezlərdən imtina edilmiş, onun daxili quruluşu nanomexanikanın prinsipləri əsasında araşdırılmış və potensiallı qüvvə sahəsində nanohissəciyin hərəkətinin diferensial tənlikləri yazılmışdır. Lennard-Cons potensial funksiyasına əsasən həmin tənliklər həll edilmiş, sahə qüvvəsinin, onun potensiallı qüvvə sahəsində gördüyü işin və materialın real elastiklıik modulunun tapılması üçün praktiki ifadələr çıxarılmışdır. Bu ifadələrin əsasında materialın elastiklik modulunun ölçüsüz qiymətinin hissəciyin radius vektorundan asılı olaraq praktiki diaqramları qurulmuşdur. Tədqiqatın nəticələri materialın real mexaniki xassələrinin praktikada istifadə olunması üçün faydalı ola bilər. Nanomexanika, maşın hissələrinin mexaniki xassələrinin (sərtlik, möhkəmlik, elastiklik, plastiklik) öyrənilməsi və bu xassələrin yaxşılaşdırılması üçün müasir mükəmməl vasitədir. Layihənin məqsədi Termodinamika və Nanomexanikanın prinsipləri əsasında “ağıllı kənd” konsepsiyası əsasında istifadə olunan maşın və avadanlıqların, həmçinin alternativ enerji qurğularının hissələrinin mexaniki xassələrinin öyrənilməsi, elmitədqiqat işlərinin nəticələrinin neft və qazın nəqli zamanı istifadə olunan boru kəmərlərinin layihələndirilməsi və istismarı zamanı istifadə olunmasıdır. Bunun üçün layihə çərçivəsində yeni müasir avadanlıqların alınması və AzTU-nun nəzdində müasir nanomexanika elmi-tədqiqat laboratoriyasının yaradılması, burada müasir elmi-tədqiqat işlərinin aparılması və alınacaq elmi nəticələrin praktikada tətbiqi üçün tövsiyələrin hazırlanması planlaşdırılır. Eyni zamanda layihə çərçivəsində yeni formalaşmaqda olan Nanomexanika elminin prinsiplərinin öyrənilməsi üçün tədris proqramlarının hazırlanması və bu prinsiplərin müvafiq universitetlərin magistratura pilləsində tələbələrə tədris olunması nəzərdə tutulur.

Valeh BaxşəliƏtraflı
Yeni materiallar və texnologiyalar

“Alüminium əsaslı nanokompozitlərin süni intellekt əsaslı sürətləndirilmiş dizaynı və tədris-tədqiqat platformasının yaradılması”

Layihənin annotasiyası.Təqdim olunan layihə alüminium əsaslı nanokompozitlərin “tərkib-emal-struktur-xassə” əlaqələrinin sistemli şəkildə öyrənilməsinə, optimal material tərkiblərinin və texnoloji emal rejimlərinin müəyyənləşdirilməsinə, həmçinin əldə edilən elmi nəticələrin müasir tədris-tədqiqat platformasına çevrilməsinə yönəldilmişdir. Layihənin əsas ideyası çoxsaylı kor-koranə eksperimentlər əvəzinə nəzəri yanaşmaların, kompüter modelləşdirilməsinin, kombinator sintezinin, yüksək məhsuldarlıqlı səciyyələndirmə üsullarının və məlumat əsaslı hesablama metodlarının qarşılıqlı əlaqəli şəkildə tətbiq edilməsidir. Belə yanaşma geniş tərkib və texnoloji parametrlər fəzasında ən perspektiv material kombinasiyalarını daha məqsədyönlü şəkildə seçməyə imkan verəcəkdir. Layihə çərçivəsində keramik nanohissəciklərlə möhkəmləndirilmiş alüminium əsaslı kompozitlərin hazırlanması, onların strukturunun, faza tərkibinin və funksional xassələrinin kompleks şəkildə öyrənilməsi nəzərdə tutulur. Tədqiqat zamanı kompozitin tərkibi, nanohissəciklərin miqdarı və paylanması, emal və bişirmə parametrləri, mikrostruktur göstəriciləri və əldə olunan mexaniki, triboloji və termiki xassələr arasında korrelyasiya əlaqələri müəyyən ediləcəkdir. Bunun üçün SEM/EDS, XRD, XRF, PSA, DTA/DSC, optik və atom qüvvə mikroskopiyası, bərklik və zərbə özlülüyü sınaqları, eləcə də triboloji sınaqların tətbiqi nəzərdə tutulmuşdur. Layihənin mühüm elmi istiqamətlərindən biri eksperimental nəticələrin hesablama materialşünaslığı ilə əlaqələndirilməsidir. Mikrostrukturun üçölçülü modelləşdirilməsi, möhkəmlənmə mexanizmlərinin riyazi təsviri, molekulyar dinamika, sonlu elementlər və faza-sahə modellərindən istifadə etməklə texnoloji rejimlərin kompozitin struktur stabilliyinə və xassələrinə təsiri proqnozlaşdırılacaqdır. Alınmış məlumat dəstləri əsasında ən əlverişli komponent nisbətləri və emal parametrləri seçilərək yeni nəsil alüminium əsaslı nanokompozitlərin işlənməsi üçün elmi-metodoloji baza yaradılacaqdır. Layihənin xüsusi əhəmiyyəti onun yalnız elmi nəticələrin əldə olunmasına deyil, həm də universitetdə müasir materialşünaslıq üzrə yeni tədris-tədqiqat mühitinin formalaşdırılmasına istiqamətlənməsidir. Tələbələr kompozitlərin hazırlanması, mikrostruktur və faza analizləri, mexaniki və triboloji sınaqlar, eksperimental məlumatların emalı, kompüter modelləşdirilməsi və nəticələrin müqayisəli təhlili mərhələlərində iştirak etməklə nəzəri biliklərini real laboratoriya tədqiqatları ilə əlaqələndirə biləcəklər. Bu yanaşma onların qabaqcıl materialların dizaynı, müasir analitik cihazlarla işləmə, elmi məlumatların təhlili və mühəndis qərarlarının əsaslandırılması üzrə praktiki bacarıqlarının formalaşmasına xidmət edəcəkdir. Layihənin nəticəsində alüminium əsaslı qabaqcıl nanokompozitlərin yaradılması üçün elmi və texnoloji əsasların işlənməsi ilə yanaşı, Azərbaycan Texniki Universitetində materialşünaslıq sahəsində müasir, multidissiplinar və tədqiqata əsaslanan tədris modelinin inkişafına töhfə verilməsi nəzərdə tutulur.

Arif MəmmədovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

BİTKI MƏNŞƏLİ XAMMAL ƏSASINDA FUNKSİONAL MƏHSULLARIN İŞLƏNIB HAZIRLANMASI VƏ TƏDRİS-TƏDQİQAT LABORATORİYASININ YARADILMASI.

Bu layihə Azərbaycanın yerli flora resursları olan yabanı meyvə xammallarının (yabanı üzüm, yemişan, əzgil, yabanı xurma və digər) bioaktiv və texnoloji potensialının kompleks şəkildə öyrənilməsini, onların əsasında yüksək bioloji dəyərə malik funksional içki formulalarının işlənməsini və universitetdə davamlı Tədris-Tədqiqat Laboratoriyasının qurulmasını nəzərdə tutur. 12 ay müddətində icra olunacaq layihə çərçivəsində “xammal → emal → bioaktiv komponent → funksional məhsul” metodoloji zənciri əsasında xammalların fiziki-kimyəvi (pH, nəmlik, quru maddə, özlülük), bioaktiv (polifenollar, flavonoidlər, antosianinlər, antioksidant aktivlik) göstəriciləri təyin ediləcək, ekstraksiya, termiki emal və qurutma parametrləri optimallaşdırılacaqdır. Üzüm şirəsi əsas maye matrisi kimi istifadə olunaraq digər xammallarla zənginləşdirilmiş optimal içki resepturası formalaşdırılacaq və onun saxlanma müddətindəki stabilliyi izləniləcəkdir. Layihə vəsaiti hesabına laboratoriya cihaz, reaktivlər və şüşə qablarla təmin ediləcək, kənar instrumental analizlər reallaşdırılacaq, 1 beynəlxalq Scopus/Web of Science indeksli məqalə dərc olunacaq və Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin praktiki-tədqiqat bacarıqları yüksəldiləcəkdir. Layihə həm elmi-tətbiqi nəticələri, həm də yaratdığı infrastruktur ilə universitetin uzunmüddətli elmi-tədqiqat potensialına xidmət edəcəkdir.

Bəhruz CəbrayılovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Hexagon TIGO-SF sisteminin bərpası və rəqəmsal metrologiya tədqiqatlarının inkişafı

Layihə Azərbaycan Texniki Universitetində mövcud olan Hexagon TIGO-SF koordinat ölçmə sisteminin uzun müddət istifadədən kənarda qalması nəticəsində yaranmış texniki, proqram təminatı və metrologiya ilə bağlı problemlərin aradan qaldırılmasına, avadanlığın yenidən tam işlək vəziyyətə gətirilməsinə və onun elmi-tədqiqat və tədris məqsədləri üçün səmərəli istifadəsinin təmin edilməsinə yönəldilmişdir. Koordinat ölçmə sistemi yüksək dəqiqlikli üçölçülü ölçmələrin aparılması, detalların həndəsi parametrlərinin qiymətləndirilməsi və faktiki ölçmə nəticələrinin layihə məlumatları ilə müqayisəsi üçün mühüm texniki vasitədir. Layihə çərçivəsində TIGO-SF sisteminin texniki vəziyyətinin diaqnostikası, zəruri texniki xidmət və sazlama işlərinin aparılması, ölçmə sisteminin kalibrlənməsi, mövcud PC-DMIS proqram təminatının və lisenziya vəziyyətinin qiymətləndirilməsi, zəruri proqram təminatı yenilənmələrinin həyata keçirilməsi və ölçmə prosesinin etibarlı şəkildə təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cihazdan istifadə üzrə müvafiq metodiki və praktiki bacarıqların formalaşdırılması və onun laboratoriya fəaliyyətinə inteqrasiyası planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində AzTU-da rəqəmsal metrologiya, yüksək dəqiqlikli ölçmə və keyfiyyətə nəzarət üzrə eksperimental tədqiqat imkanları genişləndiriləcəkdir. Bərpa edilmiş sistemdən maşınqayırma texnologiyaları, CNC emalı, dəqiq emal, istehsal proseslərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və müasir rəqəmsal istehsal texnologiyaları üzrə elmi-tədqiqatlarda istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda cihazın bakalavriat və magistratura səviyyələrində laboratoriya və praktiki məşğələlərə cəlb edilməsi tələbələrin müasir ölçmə texnologiyaları ilə işləmək üzrə praktiki kompetensiyalarının inkişafına imkan verəcəkdir. Layihənin perspektiv nəticələrindən biri də universitet-sənaye əməkdaşlığının genişləndirilməsidir. Bərpa edilmiş ölçmə sistemindən gələcəkdə sənaye müəssisələrinin ehtiyaclarına uyğun ölçmə və keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsində istifadə edilməsi, bununla da universitetin mövcud elmi-texniki infrastrukturunun daha səmərəli istifadəsi və əlavə gəlir imkanlarının yaradılması nəzərdə tutulur. Əldə ediləcək nəticələrin laboratoriyanın davamlı inkişafına, yeni tədqiqatların aparılmasına və AzTU-nun müasir rəqəmsal metrologiya infrastrukturunun gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Nizami YusubovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

AzTU-da Süni İntellekt Əsaslı İnsan Resurslarının İdarə Edilməsi Platformasının Yaradılması

Müasir rəqəmsal transformasiya şəraitində insan resurslarının idarə edilməsi proseslərinin elektronlaşdırılması və süni intellekt texnologiyalarının bu sahəyə inteqrasiyası təşkilatların fəaliyyət səmərəliliyinin artırılmasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Təqdim olunan layihə Azərbaycan Texniki Universitetində (AzTU) işə qəbul, namizədlərin seçilməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi proseslərinin vahid rəqəmsal mühitdə həyata keçirilməsini təmin edən süni intellekt əsaslı insan resurslarının idarə edilməsi platformasının yaradılmasını nəzərdə tutur. Hazırlanacaq platforma işə qəbul prosesinin elanların yerləşdirilməsindən və elektron müraciətlərin qəbulundan başlayaraq namizədlərin ilkin təhlili, müqayisəsi və uyğunluğunun qiymətləndirilməsinə qədər əsas mərhələlərinin elektronlaşdırılmasına imkan verəcəkdir. Süni intellekt və maşın öyrənməsi metodlarından istifadə etməklə namizədlərin təqdim etdiyi məlumatların, peşəkar bacarıqlarının və vakansiya tələblərinə uyğunluğunun təhlili, uyğun namizədlərin müəyyənləşdirilməsi və qərar qəbul edən şəxslər üçün tövsiyələrin formalaşdırılması nəzərdə tutulur. Platformanın digər əsas istiqaməti universitet əməkdaşlarının fəaliyyətinin elektron qiymətləndirilməsi olacaqdır. Müəyyən edilmiş fəaliyyət göstəriciləri və qiymətləndirmə meyarları əsasında məlumatların toplanması, emalı və təhlili həyata keçiriləcək, nəticələrin vizuallaşdırılması və müqayisəli hesabatların hazırlanması təmin ediləcəkdir. Süni intellekt əsaslı analitik mexanizmlər vasitəsilə fəaliyyət göstəricilərində tendensiyaların müəyyənləşdirilməsi və insan resursları üzrə qərarların qəbuluna analitik dəstəyin göstərilməsi planlaşdırılır. Platformanın hazırlanmasında müasir veb texnologiyaları, verilənlər bazası sistemləri, REST API arxitekturası, süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə olunması nəzərdə tutulur. Sistem modul və genişləndirilə bilən arxitektura əsasında qurularaq məlumatların təhlükəsiz saxlanılması, istifadəçi rollarının idarə olunması və gələcəkdə digər universitet informasiya sistemləri ilə inteqrasiya imkanlarını təmin edəcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində AzTU-da insan resurslarının idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması, işə qəbul və fəaliyyətin qiymətləndirilməsi proseslərinin daha çevik, şəffaf və sistemli təşkili, subyektivliyin azaldılması və məlumatlara əsaslanan idarəetmə qərarlarının qəbulunun dəstəklənməsi nəzərdə tutulur.

Fərid HuseynliƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Nanopeyklər üçün CdTe/CdMnTe əsaslı yüksək effektivlikli günəş-optik enerjisi çeviricilərinin işlənilməsi

Layihənin annotasiyası Layihə nanopeyklərin enerji təminatı üçün "CdTe/CdMnTe əsaslı yüksək effektivlikli günəş-optik enerji çeviricilərinin modelləşdirilməsinə və optimallaşdırılmasına" həsr olunmuşdur. Nanopeyklərin ölçü, kütlə və enerji ehtiyatlarının məhdud olması onların enerji sistemlərində yüksək xüsusi gücə, aşağı kütləyə və yüksək enerji çevrilmə effektivliyinə malik yeni fotovoltaik strukturların tətbiqini zəruri edir. Bu baxımdan yüksək optik udma qabiliyyətinə və əlverişli enerji-zona xüsusiyyətlərinə malik CdTe, eləcə də tərkibində Mn konsentrasiyasının dəyişdirilməsi yolu ilə qadağan olunmuş zona enerjisi idarə edilə bilən CdMnTe materialları perspektivli hesab olunur. Layihənin əsas məqsədi CdTe/CdMnTe heterostrukturları əsasında günəş şüalanmasının elektrik enerjisinə çevrilməsi proseslərinin fiziki-riyazi və kompüter modellərinin yaradılması, strukturun optik və elektrik parametrlərinin tədqiqi və nanopeyk tətbiqləri üçün optimal konstruksiyanın müəyyən edilməsidir. Modelləşdirmə zamanı günəş şüalanmasının udulması və əks olunması, elektron-deşik cütlərinin generasiyası, yükdaşıyıcıların daşınması və rekombinasiyası, enerji zonalarının paylanması, interfeys və defekt vəziyyətləri, temperatur və radiasiya təsirləri nəzərə alınacaqdır. Tədqiqat çərçivəsində CdMnTe təbəqəsində Mn konsentrasiyasının, CdTe və CdMnTe təbəqələrinin qalınlığının, aşqarlanma səviyyəsinin, nanostruktur elementlərinin həndəsi parametrlərinin və digər texnoloji göstəricilərin qısaqapanma cərəyanı, açıq dövrə gərginliyi, doldurma əmsalı, kvant effektivliyi və ümumi enerji çevrilmə effektivliyinə təsiri müəyyən ediləcəkdir. Layihənin nəticəsi olaraq nanopeyklər üçün yüksək effektivliyə, aşağı qalınlığa və kütləyə malik CdTe/CdMnTe əsaslı günəş-optik enerji çeviricisinin optimal modeli formalaşdırılacaqdır. Əldə ediləcək nəticələr perspektivli fotovoltaik strukturların hazırlanması, eksperimental tədqiqatların istiqamətləndirilməsi və gələcəkdə nanopeyk enerji sistemlərində tətbiq oluna biləcək yeni nəsil günəş elementlərinin yaradılması üçün elmi əsas kimi istifadə edilə bilər.

Mehman HəsənovƏtraflı
Tətbiqi əhəmiyyətli yeni qurğu və cihaz layihələndirmələri

Ölçmə izlənəbilənliyinə əsaslanan çoxparametrli texniki diaqnostika metodologiyasının işlənməsi və “Metrologiya və texniki diaqnostika laboratoriyası”nın elmi-tədqiqat bazasının formalaşdırılması

Layihə ölçmə nəticələrinin metroloji keyfiyyəti ilə texniki diaqnostik qərarın etibarlılığı arasındakı kəmiyyət əlaqəsinin tədqiqinə həsr olunub. Layihə çərçivəsində vibrasiya, temperatur və elektrik parametrləri üzrə ölçmə kanalları referens vasitələrlə müqayisəli şəkildə xarakterizə edilir, hər kanal üçün GUM metodologiyası və Monte-Karlo yayılması əsasında qeyri-müəyyənlik büdcəsi qurulur, bu qeyri-müəyyənlik diaqnostik əlamətlərdən keçirilərək qərar həddinə qədər yayılır və saxta həyəcan ilə aşkarlanmayan nasazlıq ehtimalları kəmiyyətcə qiymətləndirilir. Eksperimental baza kimi nəzarətli şəkildə nasazlıq modelləşdirilən stend istifadə olunur; disbalans, düzülmə pozuntusu, yastıq qüsuru və qidalanma deqradasiyası rejimləri üzrə çoxkanallı verilənlər bazası formalaşdırılır. Toplanmış məlumatlar əsasında sensorların birləşdirilməsi və maşın öyrənməsi alqoritmləri ilə diaqnostik təsnifat modeli qurulur və ROC analizi ilə validasiya edilir. Layihənin gözlənilən əsas nəticəsi — verilmiş diaqnostik etibarlılıq səviyyəsini təmin edən minimal metroloji keyfiyyət tələblərini müəyyən edən metodik yanaşma, açıq eksperimental verilənlər bazası, AZS ISO/IEC 17025 prinsipləri əsasında qurulmuş laboratoriya sənədləşməsi, elmi nəşrlər və praktiki bacarıqlara malik mühəndis kadrların hazırlanmasıdır. Metodologiya ayrıca tibbi cihazların ölçmə kanallarının və qidalanma bloklarının dövri texniki qiymətləndirilməsinə adaptasiya edilir.

Fariz MəmmədovƏtraflı
Tətbiqi əhəmiyyətli yeni qurğu və cihaz layihələndirmələri

Texniki universitet infrastrukturunda elektrik və elektron qurğularda termiki anomaliyaların və lokal qızma proseslərinin erkən aşkarlanması məqsədilə Mo/Bi₂Te₃/ZnS əsaslı nazik təbəqəli termoelektrik sensor platformasının işlənməsi, struktur-funksional xüsusiyyətlərinin optimallaşdırılması və tətbiq potensialının tədqiqi

Müasir elektrik və elektron sistemlərdə avadanlıqların etibarlı və təhlükəsiz istismarı lokal qızma proseslərinin və termiki anomaliyaların erkən mərhələdə aşkarlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Xüsusilə yüksək yüklənmə rejimində işləyən elektron komponentlərdə, enerji sistemlərində və laboratoriya qurğularında yaranan temperatur artımları funksional nasazlıqlara, avadanlıq sıradan çıxmalarına və təhlükəsizlik risklərinə səbəb ola bilər. Bu baxımdan yüksək həssaslığa, kiçik ölçülərə və sürətli cavab xüsusiyyətlərinə malik yeni nəsil temperatur sensorlarının hazırlanması aktual elmi və praktiki məsələlərdən biridir. Təqdim olunan layihə çərçivəsində Mo/Bi₂Te₃/ZnS əsaslı nazik təbəqəli termoelektrik sensor platformasının işlənməsi, onun struktur, elektrik və termoelektrik xüsusiyyətlərinin kompleks tədqiqi və optimallaşdırılması nəzərdə tutulur. Sensor strukturlarının SiO₂/Si və şüşə altlıqlar üzərində formalaşdırılması üçün termiki buxarlandırma və maqnetron çökdürmə texnologiyalarından istifadə ediləcək. Alınmış nazik təbəqələrin kristal quruluşu, səth morfologiyası, elektrik keçiriciliyi, termoelektrik həssaslığı və temperatur dəyişikliklərinə cavab xüsusiyyətləri araşdırılacaq. Layihənin əsas məqsədi texniki universitet infrastrukturunda istifadə olunan elektrik və elektron qurğuların lokal qızma zonalarının real vaxt rejimində erkən aşkarlanmasına imkan verən kompakt, enerji effektiv və yüksək həssaslıqlı sensor platformasının yaradılmasıdır. Hazırlanacaq termoelektrik sensor sisteminin tətbiqi elektrik avadanlıqlarının texniki vəziyyətinin monitorinqinə, mümkün nasazlıqların qabaqlayıcı şəkildə müəyyən edilməsinə və istismar təhlükəsizliyinin artırılmasına xidmət edəcək. Layihə nəticəsində əldə ediləcək elmi nəticələr yeni nazik təbəqəli termoelektrik material sistemlərinin funksional xüsusiyyətlərinin idarə olunmasına töhfə verəcək, hazırlanacaq sensor platforması isə universitet elmi-tədqiqat laboratoriyalarında, elektron qurğuların diaqnostikası və kritik texniki sistemlərin termiki monitorinqində tətbiq potensialına malik olacaq.

Rasim BəşirovƏtraflı
Tətbiqi əhəmiyyətli yeni qurğu və cihaz layihələndirmələri

Kosmik qovuşma sistemində aktiv manipulyatorun simmetrik üç ayaqlı platforma tipli mexanizminin struktur sintezi və konstruktiv-eksperimental tədqiqi

Müasir kosmik texnologiyaların inkişafı fonunda kosmik qovuşma (docking) sistemlərində onların kinematik xarakteristikalarının təkmilləşdirilməsi qlobal elmi-texniki problemlərdən biridir. Bu layihə həmin istiqamətdə kosmik qovuşma sistemində aktiv manipulyatorun yeni simmetrik üç ayaqlı platforma tipli mexanizminin struktur sintezi və konstruktiv-eksperimental tədqiqinə həsr olunmuşdur. Qovuşma prosesi mühərriklərin sürətinin tənzimlənməsi vasitəsilə idarə olunur. Tədqiqatın əsas elmi konseptual yeniliyi mexanizmin struktur sintezi və kinematik xüsusiyyətləridir. Konstruksiyada həm aktiv, həm də passiv hissələrdə hər bir laqada 3 ədəd ştır mövcuddur; hissələr yaxınlaşdıqdan sonra bu ştırlar bir-birinə keçərək mexaniki qovuşmanı tamamlayır. Layihə çərçivəsində aktiv manipulyatorun yeni simmetrik üç ayaqlı platforma tipli mexanizminin struktur sintezi həyata keçiriləcək, yeni analitik kinematik tənliklər qurulacaq, CAD mühitində 3D konstruktiv modelləşdirmə aparılacaqdır. Nəzəri olaraq optimallaşdırılmış parametrlər əsasında mexanizmin işlək laboratoriya prototipi hazırlanacaq və sınaqlardan keçiriləcəkdir.

Rasim ƏlizadəƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AzTU Smart Battery Eco-Lab: Hibrid avtomobillərin batareyalarının diaqnostikası və bərpası üçün süni intellekt əsaslı laboratoriya kompleksinin yaradılması

Müasir dövrdə avtomobil nəqliyyatının ekoloji transformasiyası və "yaşıl texnologiyalar"a keçid çərçivəsində hibrid nəqliyyat vasitələrinin istismarı sürətlə artmaqdadır. Lakin Bakı şəhərinin və Abşeron yarımadasının özünəməxsus istismar şəraiti — intensiv yol tıxacları, mürəkkəb topoloji relyef (ardıcıl eniş-yoxuşlar, tez-tez tormozlanma və sürətlənmələr) və yay mövsümünün yüksək temperatur rejimi hibrid avtomobillərin Yüksək Gərginlikli Batareyalarının (YGB) sürətləndirilmiş deqradasiyasına və termiki gərginliyinə səbəb olur. Hazırda yerli istismar şəraitində YGB-lərin elementüstü (cell-level) dəqiq diaqnostikası, daxili müqavimətin analizi və sıradan çıxmış modulların selektiv bərpası üçün ixtisaslaşdırılmış elmi-laboratoriya infrastrukturu mövcud deyildir. Təqdim olunan layihənin ana ideyası Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil laboratoriyası bazasında "Smart Battery Eco-Lab" süni intellekt əsaslı laboratoriya kompleksinin yaradılmasından ibarətdir. Kompleks hibrid avtomobillərin batareya bloklarının yüklənmə/boşalma (charge/discharge) tsikllərini, temperatur paylanmasını və daxili müqavimət dəyişmələrini real vaxt rejimində analiz edir. Süni intellekt (Machine Learning - LSTM/Random Forest) alqoritmlərinin inteqrasiyası sayəsində batareyanın Sağlamlıq Vəziyyəti (SoH - State of Health) və qalıq resursu 90%-dən yüksək dəqiqliklə proqnozlaşdırılır, zəifləmiş elementlər avtomatlaşdırılmış qaydada təyin edilərək balanslaşdırılır. Layihənin icrası nəticəsində AzTU-da işlək fiziki-eksperimental laboratoriya stendi quraşdırılacaq, YGB diaqnostikası üzrə proqram təminatı işlənəcək, Scopus/Web of Science indeksli beynəlxalq jurnalda ən azı 1 elmi məqalə dərc olunacaq və 1 faydalı model/patent müraciəti ediləcəkdir. Layihəyə 2 gənc tədqiqatçı (doktorant və magistrant) cəlb ediləcəkdir. Bu tədqiqat AzTU-nun "Yaşıl Universitet" və rəqəmsal transformasiya strategiyasına tam cavab verməklə yanaşı, batareyaların ikinci ömrünü (second-life) təmin edərək atmosferə atılan zərərli emissiyaların azaldılmasına və resurslara qənaət edilməsinə töhfə verəcəkdir.

Azad BabayevƏtraflı
Yeni materiallar və texnologiyalar

Maşın hissələrinin yeyilməyə davamlılığının yüksəldilməsinin yeni texnologiyasının işlənməsi.

Araşdırmalardan məlum olmuşdur ki, maşın hissələrinin karbonlu poladlardan hazırlanmasında işçi səthinə yeyilməyə davamlı xrom təbəqəsi çəkilir. Buna baxmayaraq xrom təbəqəsinin öturduğu əsas metalın daxilində elektroliz prosesində struktur çevrilmələrinə məruz qalır, yəni əsas səthdə bir qədər karbonsuzlaşma, bərkliyin aşağı düşməsi, səthinin kələ-kötürlüyünün optimal götürülməməsi nəticəsində xrom təbəqəsi tez yeyilib sıradan çıxır. Ona görə də layihədə yuxarıda göstərilən problemlərin həllinə əsaslanaraq maşın hissələrinin yeni istehsal texnologiyası yaradılacaqdır. Müasir maşınqayırma və sənaye sahələrində istismar olunan avadanlıqların etibarlılığı və uzunömürlülüyü birbaşa onların işçi hissələrinin yeyilməyə davamlılığından asılıdır. Geniş tətbiq olunan karbonlu poladlardan hazırlanan maşın hissələrinin istismar resursunu artırmaq məqsədilə onların işçi səthinə elektrokimyəvi yolla yeyilməyə davamlı xrom təbəqəsi çəkilir. Lakin aparılan araşdırmalar göstərir ki, mövcud xromlaşdırma texnologiyasında elektroliz prosesi zamanı əsas metalın (karbonlu poladın) daxilində arzuolunmaz struktur çevrilmələri baş verir. Nəticədə əsas səthdə karbonsuzlaşma, keçid zonasında bərkliyin aşağı düşməsi və səthin kələ-kötürlüyünün optimal seçilməməsi səbəbindən xrom təbəqəsinin adgeziyası (yapışması) zəifləyir və örtük tez bir zamanda yeyilərək sıradan çıxır. Təqdim olunan layihə zəncirvari şəkildə yaranan bu texnoloji problemlərin kompleks həllinə yönəlmişdir. Layihə çərçivəsində elektroliz zamanı karbonsuzlaşmanın qarşısını alan yeni kimyəvi/termik rejim tənzimlənəcək, əsas metalın keçid zonasında bərkliyin qorunması təmin ediləcək və örtüyün maksimal adgeziyasını təmin edən optimal ilkin səth kələ-kötürlüyü parametrləri müəyyən olunacaqdır. İşləniləcək yeni istehsal texnologiyası maşın hissələrinin yeyilməyə davamlılığını və istismar müddətini dəfələrlə artırmağa, təmir dayanmalarını azaltmağa və sənayedə iqtisadi səmərəliliyi yüksəltməyə imkan verəcəkdir.

Vaqif AbbasovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Süni intellektin tətbiqi ilə distant tədris üzrə metod və alqoritmlərin yaradılması

Müasir ali təhsil sistemində rəqəmsal transformasiya proseslərinin sürətlənməsi, təhsilalanların fərdi ehtiyaclarının və öyrənmə davranışlarının nəzərə alınması, tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmə proseslərinin optimallaşdırılması süni intellekt texnologiyalarının universitet platformalarına inteqrasiyasını zəruri edir. Mövcud rəqəmsal təhsil platformalarının əksəriyyəti əsasən elektron resursların təqdim edilməsi, kommunikasiya və tədris prosesinin idarə olunması funksiyalarını yerinə yetirsə də, tələbələrin fərdi öyrənmə xüsusiyyətlərinin intellektual təhlili, akademik nəticələrin proqnozlaşdırılması, adaptiv tədris və real vaxt rejimində qərar dəstəyi imkanları məhduddur. Təklif olunan layihənin əsas məqsədi süni intellekt, maşın öyrənməsi, data mining, böyük verilənlər və təhsil analitikası texnologiyaları əsasında intellektual, adaptiv və fərdiləşdirilmiş rəqəmsal universitet platformasının konseptual və texnoloji modelinin işlənib hazırlanmasıdır. Platforma universitetin tədris, elmi-tədqiqat, inzibati və tələbə xidmətləri proseslərini vahid rəqəmsal ekosistemdə birləşdirməyə və mövcud məlumatlardan səmərəli istifadə etməklə qərar qəbuletməni dəstəkləməyə yönəldiləcəkdir.

Firudin AğayevƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi laboratoriyasının yaradılması

Təklif olunan layihə Azərbaycan Texniki Universitetində bimetal materialların hazırlanması, struktur və mexaniki xassələrinin eksperimental tədqiqi, əldə olunan nəticələrin rəqəmsal məlumat bazasında sistemləşdirilməsi və süni intellekt metodları ilə modelləşdirilməsini vahid tədqiqat sistemi daxilində birləşdirən laboratoriyanın yaradılmasına yönəlmişdir. Layihənin əsas məqsədi mövcud materialşünaslıq və metallurgiya laboratoriya imkanlarını süni intellekt və maşın öyrənməsi metodları ilə inteqrasiya etməklə “material - texnoloji parametr - mikrostruktur - mexaniki xassə” əlaqələrinin müəyyənləşdirilməsi və optimal texnoloji parametrlərin proqnozlaşdırılması üçün elmi-tədqiqat bazasının formalaşdırılmasıdır. Yaradılacaq “Bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi laboratoriyası” çərçivəsində ilk pilot tədqiqat obyekti kimi Grade A markalı poladı - AA1050A markalı texniki təmiz alüminium aralıq qatı - AA5083 markalı alüminium ərintisi sistemi seçilmişdir. Bu material sistemi əsasında polad-alüminium bimetal materialın partlayış qaynağı ilə alınması, birləşmə interfeysinin mikrostruktur xüsusiyyətlərinin, mikrosbərklik və mexaniki möhkəmlik göstəricilərinin eksperimental tədqiqi nəzərdə tutulur. AA1050A aralıq qatının tətbiqi polad-alüminium interfeysinin formalaşmasının idarə edilməsinə, lokal ərimə sahələrinin və arzuolunmaz Fe-Al intermetallik fazalarının məhdudlaşdırılmasına yönəldiləcəkdir. Layihənin innovativ komponenti eksperimental materialşünaslıqla rəqəmsal məlumatların təhlili və süni intellekt/maşın öyrənməsi metodlarının inteqrasiyasından ibarətdir. Eksperimental nəticələr əsasında strukturlaşdırılmış məlumat bazası yaradılacaq, proses parametrlərinin interfeys mikrostrukturuna və mexaniki xassələrə təsirini müəyyən edən proqnozlaşdırıcı model hazırlanacaqdır. Süni intellekt vasitəsilə yüksək birləşmə möhkəmliyi təmin edən interfeys qüsurlarını və arzuolunmaz intermetallik sahələri minimuma endirən optimal texnoloji parametrlər müəyyən ediləcək və seçilmiş rejim əlavə eksperimentlə yoxlanılacaqdır. Layihə nəticəsində eksperimental tədqiqat - rəqəmsal məlumat bazası - AI/ML modelləşdirmə - optimallaşdırma - eksperimental yoxlama prinsipi üzrə fəaliyyət göstərən elmi-tədqiqat yanaşması formalaşdırılacaqdır. Pilot tədqiqat nəticəsində Grade A - AA1050A - AA5083 polad-alüminium keçid elementinin laboratoriya prototipinin hazırlanması nəzərdə tutulur. Yaradılacaq laboratoriyanın imkanları gələcəkdə yalnız polad-alüminium sistemi ilə məhdudlaşmayaraq digər bimetal və çoxlaylı metal materialların tədqiqinə, magistr və doktorantların elmi işlərinə, yeni qrant layihələrinin hazırlanmasına və sənaye ilə birgə tətbiqyönümlü tədqiqatların aparılmasına imkan verəcəkdir. Beləliklə, layihənin əsas nəticəsi konkret bimetal materialın tədqiqi ilə yanaşı, AzTU-da bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi üzrə davamlı elmi-tədqiqat imkanının yaradılması olacaqdır.

İslam ƏlyarzadəƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AzTU "Yaşıl Kampus" Konsepsiyası Çərçivəsində Hibrid Günəş Stansiyası, Enerji Saxlama və Elektromobil Şarj İnfrastrukturunun Layihələndirilməsi Və İntellektual İdarəetmə Sisteminin Əsaslandırılması

​Bu layihə Azərbaycan Texniki Universitetinin (AzTU) "Yaşıl Kampus" strategiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin (BOEM), batareya enerji saxlama texnologiyalarının və elektromobillik altyapısının vahid Ağıllı Mikroşəbəkə (Smart Microgrid) mühitində layihələndirilməsini, daxili şəbəkəyə təsirinin analizini və intellektual idarə olunmasını əhatə edir. Günümüzdə nəqliyyat sektorunun elektrifikasiyası və elektrik nəqliyyat vasitələrinin (EV) kütləvi tətbiqi müəssisələrin daxili 10/0,4 kV-luq elektrik şəbəkələrində anı güc sıçrayışlarına, gərginlik tərəddüdlərinə və transformator yarımstansiyalarında aşırı yüklənmələrə səbəb olur. Təklif olunan mühəndislik həlli 25,2 kWp gücündə Günəş Elektrik Stansiyası (GES), 25-26 kWh tutumlu LiFePO4 Batareya Enerji Saxlama Sistemi (BESS) və 2 x 11 kW (ümumi 22 kW) hibrid EV şarj stansiyasını daxili paylayıcı şəbəkəyə inteqrasiya edərək mərkəzsizləşdirilmiş və etibarlı enerji infrastrukturu formalaşdırır. ​Layihə çərçivəsində tətbiq edilən hibrid inverter və avtomatlaşdırılmış BMS (Battery Management System) arxitekturası günüz vaxtı GES tərəfindən hasil edilən artıq enerjinin BESS-də toplanmasını və şarj tələbatı yarandıqda istifadə olunmasını tənzimləyir. "Peak Shaving" (pik yüklərin hamarlanması) texnologiyası sayəsində şarj stansiyalarının eyni vaxtda mərkəzi şəbəkədən çəkdiyi kəskin yük sıçrayışları məhdudlaşdırılır, daxili şəbəkənin gərginlik sabitliyi qorunur və enerji itkiləri minimuma endirilir. Mərkəzi şəbəkədə baş verən qəza və ya planlı kəsintilər zamanı hibrid inverter avtomatik olaraq müstəqil (Off-Grid) rejimə keçərək BESS və GES hesabına ən azı 1 saat müddətində tam güclə kəsintisiz şarj prosesini təmin edir. ​Ekoloji baxımdan layihə coğrafi insolyasiya göstəricilərinə əsasən il ərzində ortalama 32 000 – 35 000 kWh təmiz elektrik enerjisi hasil etməklə atmosferə atılan 16-18 ton CO₂ ekvivalentində istixana qazının qarşısını alır. Akademik müstəvidə isə sistem yalnız enerji təminatı ilə məhdudlaşmır; quraşdırılmış Ağıllı Sayğaclar (Smart Meters) vasitəsilə bərpa olunan enerji hasilatını, batareya rejimlərini və şarj göstəricilərini real vaxt rejimində mərkəzi serverə ötürərək AzTU-da "Living Lab" (Canlı Laboratoriya) mühitini yaradır. Bu baza bərpa olunan enerji, Mikroşəbəkə idarəetməsi və güc elektronikası ixtisasları üzrə təhsil alan bakalavr və magistrantlar üçün əvəzsiz tədqiqat və təlim poliqonu rolu oynayır.

Nicat HüseynovƏtraflı

2025

14 layihə
Tətbiqi əhəmiyyətli yeni qurğu və cihaz layihələndirmələri

SÜNİ İNTELLEKT DƏSTƏKLİ MOBİL ROBOT LAYİHƏSİ: KRANLARDA KORROZİYANIN AŞKARLANMASI

Bu layihə sənaye kranlarında korroziyanın avtomatik aşkarlanması üçün avtonom mobil robot sistemi təklif edir. Robot güclü neodim maqnitlər vasitəsilə şaquli metal səthlərdə hərəkət edərək, yüksək həssaslıqlı kamera və induktiv sensor ilə təchiz olunub. Layihənin məzmunu: Sistem üç əsas moduldan ibarətdir - mexaniki platforma (hərəkət və yapışma), sensor modulu (məlumat toplama), intellektual proqram təminatı (analiz və qərar qəbuletmə). Robot operatorun əmri ilə və ya avtomatik rejimdə kranın metal səthi üzərində hərəkət edərək fasiləsiz skanlaşma aparır. Hər 10 santimetrdə bir nöqtədə həm vizual, həm də induktiv ölçmə aparır. Toplanan məlumatlar real vaxt rejimində süni intellekt tərəfindən analiz edilir və problemli sahələr dərhal operatora bildirilir. İnspeksiya başa çatdıqdan sonra avtomatik hesabat yaradılır, bütün problemli nöqtələrin GPS koordinatları, şəkilləri və prioritet dərəcələri qeyd olunur.

İsa XəlilovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Süni intelekt texnologiyalarının tətbiqi ilə dəyişən parametrli azad fəzada intellektual optik şəbəkə modelinin yaradılması

ANNOTASİYA Müasir rəqəmsal iqtisadiyyatın inkişafı ilə optik rabitə şəbəkələrinə olan tələblər kəskin şəkildə artmışdır. Artan verilənlər həcmi, 5G/6G texnologiyalarının yayılması və İnternet of Things (IoT) cihazlarının çoxalması ənənəvi şəbəkə arxitekturalarının imkanlarını aşmışdır. Xüsusilə dəyişən parametrli azad fəza şəraitində optik şəbəkənin sabit və etibarlı işləməsi mürəkkəb mühəndislik problemi kimi qarşımızda durur. Bununla əlaqədar süni intellekt texnologiyaları əsasında dəyişən parametrli şəraitdə özünü uyğunlaşdıran, özünü təşkil edən və özünü bərpa edən intellektual optik şəbəkə modelinin işlənib hazırlanmasıdır. Bunlara nail olmaq ücün • Maşın öyrənmə alqoritmləri vasitəsilə şəbəkə parametrlərinin real vaxt rejimində proqnozlaşdırılması • Dərin öyrənmə üsulları ilə kanal keyfiyyətinin adaptiv optimallaşdırılması • Reinforsment learning (gücləndirici öyrənmə) əsasında öz-özünə qərar qəbul edən şəbəkə arxitekturası • Çoxagentli sistemlər əsasında paylanmış idarəetmə mexanizminin qurulması məsələlərinin həllinə baxılacaqdır və Gözlənilən Nəticələr: • Ənənəvi sistemlərə nisbətən şəbəkə ötürmə qabiliyyətinin 30-40% artırılması • Şəbəkə idarəetmə xərclərinin 50-60% azaldılması • Xidmət keyfiyyətinin (QoS) 99.99% səviyyəsinə qaldırılması • Enerji səmərəliliyinin 25-35% yaxşılaşdırılması olmaqla,Tətbiq Sahələri aşagıdakılardan ibarət olacaq. • Növbəti nəsil mobil rabitə sistemləri (5G/6G) • Hərbi və kosmik rabitə sistemləri • Təlim məqsədli şəbəkə simulyatorları • Ağıllı şəhər infrastrukturları Elmi Yenilik: Təklif olunan model ənənəvi yanaşmalardan fərqli olaraq statik konfiqurasiya əvəzinə dinamik öyrənmə və adaptasiya mexanizmləri təklif edir. Xüsusilə dəyişən atmosfer şəraitində optik siqnalların keyfiyyətinin qorunması üçün innovativ həllər təqdim olunur. Praktiki Əhəmiyyət: İşlənib hazırlanacaq model müasir rabitə sistemlərində performansın yaxşılaşdırılması, əməliyyat xərclərinin azaldılması və enerji səmərəliliyinin artırılması baxımından əhəmiyyətli praktiki tətbiq potensialına malikdir.

Mehman HəsənovƏtraflı
Yeni materiallar və texnologiyalar

Süni intellekt metodlarından istifadə edərək funksional keçidli yeni növ kompozit materialların dayanıqlıq problemlərinin modelləşdirilməsi

Bu layihə süni intellekt metodlarının tətbiqi ilə Funksional Keçidli yeni növ Kompozit Materialların dayanıqlıq və uzunömürlülük problemlərinin tədqiqinə həsr olunmuşdur. Funksional keçidli materiallar müxtəlif fazalar arasında tədricən keçidə malik olduqları üçün yüksək mexaniki və istilik dayanıqlığı ilə fərqlənirlər. Layihə çərçivəsində bu materialların uzunömürlülük xüsusiyyətlərinin analizi üçün riyazi və hesablama modelləri qurulacaq. Süni intellektin maşın öyrənməsi, neyron şəbəkə və optimallaşdırma alqoritmləri əsasında material parametrlərinin optimal paylanması və struktur sabitliyinin proqnozlaşdırılması həyata keçiriləcək. Alınan nəticələr Funksional Keçidli Kompozitlərin konstruksiyalarda daha səmərəli tətbiqinə imkan yaradacaq. Layihənin nəticələri həm nəzəri, həm də praktik mühəndislik sahələrində yeni yanaşmaların formalaşmasına xidmət edəcəkdir.

Sahib PiriyevƏtraflı
Yeni materiallar və texnologiyalar

İnnovativ texnologiyalar əsasında yeni metal materialların struktur və xassələrinin tədqiqi

Layihənin annotasiyası. Tədqiqat çərçivəsində müxtəlif tərkibli ovuntu qarışıqları hazırlanacaq, lazer enerjisi ilə bişirmə prosesləri və struktur dəyişiklikləri modelləşdirilərək eksperimental şəkildə öyrəniləcək, Cr–Ni–Sb və digər çoxkomponentli sistemlər üçün faza diaqramları tərtib ediləcək. Paralel olaraq, seçilmiş termiki emal rejimlərinin struktur formalaşmasına və mexaniki xassələrə təsiri araşdırılacaq, alınan materialların tribotexniki və mexaniki xassələri kompleks şəkildə qiymətləndiriləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində yeni nəsil yüksək xassəli metal materiallar yaradılacaq, onların struktur-xassə əlaqələri elmi əsaslarla müəyyənləşdiriləcək və resurs qənaətli texnologiyaların sənayeyə tətbiqi üçün elmi baza formalaşdırılacaqdır. Layihə həm milli prioritetlərə uyğundur, həm də beynəlxalq elmi inteqrasiyaya və yeni texnologiyaların transferinə töhfə verəcəkdir.

Səyami HüseynovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Süni intellekt texnologiyasının tətbiqi ilə distant tədris üçün metod və alqoritmlərin işlənməsi

Müasir dövrdə rəqəmsal transformasiya və texnoloji inkişaf təhsil sistemində köklü dəyişikliklərə səbəb olmuşdur. Bu kontekstdə süni intellekt (Sİ) texnologiyalarının distant tədrisə inteqrasiyası tədris prosesinin səmərəliliyini, fərdiləşdirilməsini və interaktivliyini təmin edən əsas istiqamətlərdən birinə çevrilmişdir. Layihənin məqsədi — süni intellektin imkanlarından istifadə etməklə distant tədris sistemləri üçün yeni metod və alqoritmlər işləmək, tədris prosesini fərdi ehtiyaclara uyğunlaşdırmaq və öyrənmə keyfiyyətini yüksəltməkdir. Layihə çərçivəsində mövcud distant tədris metodlarının təhlili aparılacaq, tələbə göstəricilərinə əsaslanan machine learning modelləri (decision tree, random forest, neural networks və s.) qurulacaq, Natural Language Processing (NLP) texnologiyaları vasitəsilə tədris məzmunu optimallaşdırılacaq. Eyni zamanda tələbələrin öyrənmə davranışı və motivasiya səviyyəsini real vaxt rejimində qiymətləndirən intellektual modul hazırlanacaq. Bu sistem tələbələrin bilik səviyyəsini, maraq və emosional vəziyyətini nəzərə alaraq fərdiləşdirilmiş tədris kontenti təqdim edəcək. Layihənin elmi yeniliyi ondan ibarətdir ki, distant tədris mühitinə süni intellekt əsaslı adaptiv öyrənmə modulu inteqrasiya ediləcək, tələbələrin fərdi xüsusiyyətlərinə əsaslanan kontent seçimi və proqnozlaşdırıcı analitika tətbiq olunacaq. Bundan əlavə, məlumat əsaslı qərar qəbuletmə (data-driven decision making) prinsipi reallaşdırılacaq və emosional vəziyyətin öyrənmə nəticələrinə təsiri modelləşdiriləcək. Layihənin praktik əhəmiyyəti müəllim və tələbə arasında interaktiv əlaqənin yaradılmasında, tədris prosesində avtomatlaşdırılmış qiymətləndirmə və tövsiyə mexanizmlərinin formalaşdırılmasında, həmçinin Azərbaycan dilində süni intellekt əsaslı tədris alətlərinin elmi-texnoloji bazasının qurulmasında öz əksini tapır. Nəticə etibarilə, layihə “İntellektual Təhsil Platforması”nın formalaşmasına, distant tədrisin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.

Firudin AğayevƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Yerli təbii seolitlərin tətbiqi ilə ağır metal ionlarının içməli və tullantı sularından adsorbsiya üsulu ilə təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması

Bu layihə Azərbaycanın yerli təbii seolitlərinin — xüsusilə klinoptilolit tipli mineralların — tətbiqi ilə içməli və sənaye mənşəli tullantı sularından ağır metal ionlarının (As, Pb, Cd, Zn, Cu və s.) adsorbsiya üsulu ilə səmərəli təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılmasına həsr edilmişdir. Layihə həm ətraf mühitin mühafizəsi, həm də milli xammal resurslarından səmərəli istifadə baxımından strateji əhəmiyyət daşıyır. Müasir dövrdə sənaye müəssisələrinin fəaliyyətindən yaranan tullantı suları içərisində ağır metalların yüksək konsentrasiyası ekosistem və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Ənənəvi təmizləmə üsulları (kimyəvi çökmə, membran filtrasiya, ion mübadiləsi və s.) yüksək enerji və reagent sərfi ilə xarakterizə olunur və bəzən ikinci dərəcəli çirklənməyə səbəb olur. Bu baxımdan adsorbsiya prosesi ekoloji cəhətdən təmiz, texnoloji cəhətdən sadə və iqtisadi baxımdan sərfəli alternativ hesab olunur. Lakin adsorbsiyanın səmərəliliyi seçilmiş adsorbentin növündən, səth xüsusiyyətlərindən və prosesin idarəetmə parametrlərindən (pH, temperatur, doza, zaman) asılı olduğundan, onun nəzəri və riyazi əsaslandırılması xüsusi aktuallıq kəsb edir. Layihə çərçivəsində yerli seolitlərin fiziki-kimyəvi xüsusiyyətləri (XRD, FTIR, BET analizləri ilə) öyrəniləcək, onların ağır metal ionlarını adsorbsiya etmə qabiliyyəti müəyyən ediləcək. Adsorbsiyanın kinetik modelləri (pseudo-first order, pseudo-second order), izoterm modelləri (Langmuir, Freundlich, Temkin) və diffuziya prosesləri (film və daxili diffuziya) əsasında riyazi model qurulacaq. Bu model sayısal üsullarla (FDM və ya FEM) həll edilərək prosesin rejim parametrlərinin təsiri araşdırılacaq. Eyni zamanda süni intellekt metodları (ANN, fuzzy logic, genetik alqoritm) tətbiq edilməklə prosesin optimallaşdırılması aparılacaq və ən yüksək adsorbsion səmərəliliyə nail olmaq üçün optimal şərait (pH, kontakt vaxtı, adsorbent miqdarı, temperatur) təyin ediləcək. Layihənin nəticəsi olaraq yerli təbii seolitlər əsasında ekoloji cəhətdən təmiz, səmərəli və ucuz su təmizləmə texnologiyası hazırlanacaq. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, yerli xammal əsasında qurulmuş adsorbsion sistem üçün kinetik, izoterm və diffuziya modelləri inteqrasiya ediləcək, riyazi və sayısal modelləşdirmə vasitəsilə prosesin mexanizmi və idarəetmə prinsipləri aydınlaşdırılacaq. Layihənin həyata keçirilməsi nəticəsində həm Azərbaycanın su ehtiyatlarının qorunmasına, həm də dayanıqlı ekotexnoloji həllərin inkişafına töhfə veriləcək, bu istiqamətdə yeni elmi biliklər və tətbiqi nəticələr əldə olunacaq.

Fəxrəddin YusubovƏtraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

Hərbi təyinatlı gəmilərin və obyektlərin sıradan çıxarılması üçün suüstü kəşfiyyat( kamikadze) dronunun tətbiqi.

Annotasiya Təqdim olunan layihə “Hərbi təyinatlı gəmilərin və kritik dəniz obyektlərinin sıradan çıxarılması üçün suüstü kəşfiyyat və kamikadze dronunun yaradılması və tətbiqi” mövzusuna həsr olunmuşdur. Layihənin əsas məqsədi düşmənə məxsus hərbi dəniz gəmiləri və oxşar obyektlərin vizual təsdiqi əsasında kamera görüntüsünə görə yalnız operator tərəfindən əl ilə nəzarət edilən, aşağı müşahidəolunma qabiliyyətli və yüksək manevretmə imkanlı suüstü pilotsuz döyüş vasitəsinin (USV) elmi-texniki əsaslarla işlənib hazırlanmasıdır. Sistem missiya planlaması və köməkçi naviqasiya məlumatlarından istifadə etsə də, son yanaşma, hədəf təsdiqi və zərbə aktivləşdirilməsi yalnız operatorun canlı kamera görüntüsünə əsaslanan əl əmri ilə həyata keçiriləcəkdir. Layihə çərçivəsində suüstü dronun konstruktiv-hidrodinamik dizaynı, köməkçi INS/GNSS naviqasiyası (operator üçün əlavə məlumat mənbəyi kimi), REM şəraitində operatora fasiləsiz video-görüntü təmin edən şifrələnmiş və anti-jamming video/rabitə modulunun hazırlanması, və kamera əsaslı vizual müşahidə üçün operator paneli üzərində zərbə yönləndirmə alətləri planlaşdırılır. Avtonom və ya avtomatik atılma funksiyaları sistemdən çıxarılmışdır — bütün əməliyyat qərarları və aktivləşdirmələr operatorun əlindədir. Prototip mərhələsində sistem laborator yoxlamalardan, su hovuzu funksional testlərindən və açıq dəniz əməliyyat sınaqlarından keçiriləcək; xüsusi vurğu kamera video ötürməsinin gecikməsinin, görüntü kəsilmələrinin və REM müdaxiləsi hallarının operatorun əl ilə idarəetməyə təsirinin qiymətləndirilməsinə veriləcəkdir. Layihə nəticəsində milli müdafiə sənayesinə uyğun, idxaldan asılılığı azaldan, operator tərəfindən kamera görüntüsünə əsaslanan tam-manual idarəetməyə malik suüstü kamikadze dron prototipi, elmi məqalələr, patent müraciətləri və tətbiqi təcrübə bazası formalaşdırılacaqdır. Məhsulun tətbiqi Azərbaycanın dəniz təhlükəsizliyinin və kritik infrastrukturun müdafiəsinin təmin edilməsində strateji əhəmiyyət kəsb edəcəkdir.

Muxtar ƏzizullayevƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

PQ-LCA: Qəfəs-əsaslı post-kvant alqoritmlərinin kriptoanalizi və milli kriptoqrafik alqoritmlərin işlənməsi

Kvant komputerlərin inkişafı ilə hazırda sənayedə istifadə edilən kriptoqrafik alqoritmlərin əksəriyyətinin təhlükəsizliyi sual altındadır. Xüsusilə “indi topla, sonra hücum et” strategiyasını nəzərə alaraq kvant komputerlərin hücumlarına davamlı şifrləmə alqoritmlərinin inkişaf etdirilməsi, kriptoqrafik analiz edilməsi, standartlaşdırılması vacib məsələdir. Post-kvant kritoqrafiyasının qabaqcıl həllərindən biri olan qəfəs kriptoqrafiyasının süni intellekt və cəbri üsullarla kriptoanalizi, eləcə də milli kriptoqrafik alqoritmlərin qurulması bu layihənin qarşıya qoyduğu əsas məqsədlərdir. Bu məsələrin həlli üçün PQ-LCA layihəsini təqdim edirik, müxtəlif maşın öyrənməsi alqoritmləri ilə mövcud sxemlərin təhlükəsizliyinin qırılmasının icmalı, çoxdəyişənli sistemlərin həll metodları ilə qəfəs-əsaslı çətin məsələlərin həll alqoritmlərinin analizi və yeni irəli sürülən VLWE probleminin əsasında milli şifrləmə alqoritmlərinin inkişafı istiqamətində işlərin görülməsini planlaşdırırıq.

Yadigar İmamverdiyevƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Hiperlokal açıqlana bilənlik: variantlar arası ayrım edə bilən dərin izah sistemi (Hi-VAX)

Bu tədqiqat çərçivəsində təklif olunan sistem “Hiperlokal Açıqlana bilənlik: Variantlar Arası Ayrım Edə Bilən Dərin İzah Sistemi (Hi-VAX)” adlanır. Hi-VAX-in əsas yenilikləri: 1. Sinif içi variantlar üçün izah boşluğunu doldurur 2. Modelin daxili təmsillərinə (latent representations) əsaslanan izah verir 3. Çoxmodlu (görüntü + mətn + genetik + klinik) izah vahid çərçivədə birləşdirilir Sistem 4 əsas moduldan ibarətdir: 1. Variant ayırıcı izah modulu 2.Çoxqatlı izah mexanizmi 3.Nümunələrarası müqayisəli izah modulu 4.Çoxmodlu izah komponenti Hi-VAX, izah edilə bilmə və təsnifat performansı arasında Pareto-optimal balans quran təlim strategiyasına sahib olacaq. Bu yanaşma iki fərqli glioma növünün eyni sinfə düşməsinin arxasındakı klinik səbəbləri belə modelləşdirib izah edə biləcək. Sistemin unikallığı üç əsas problemi eyni anda həll etməsindən qaynaqlanır: 1. Sinif içi variantların izah edilə bilməməsi 2. Daxili təmsillərə əsaslanan izahların olmaması 3. Multimodal izah çərçivəsinin yoxluğu Bundan əlavə, Hi-VAX federated learning üçün modulyar şəkildə dizayn olunacaq ki, bu da xəstə məlumatının məxfiliyini qoruyaraq çoxmərkəzli klinik tətbiqlərə imkan verəcək. Bu yanaşma yalnız akademik töhfə verməyəcək, həm də IBM Watson Health, Google DeepMind, GE Healthcare kimi qabaqcıl qurumlarla potensial əməkdaşlıqlar üçün yeni bir izah edilə bilən süni zəka çərçivəsi təklif edəcək.

Zaur QəmbərovƏtraflı
Yeni materiallar və texnologiyalar

Polimer matrisa əsaslı nanostruktur kompozitlərin ekstruziya və müxtəlif fiziki kimyəvi üsulla ilə alınması

Aparılan tədqiqat işi polimer matrisa əsaslı nanostruktur kompozitlərin ekstruziya və fiziki-kimyəvi üsullarla alınması, onların fiziki, optik və mexaniki xassələrinin öyrənilməsinə həsr edilmişdir. Tədqiqatın əsas məqsədi müdafiə sənayesində istifadə üçün yüksək möhkəmlikli, aşınmaya, korroziyaya və elektromaqnit təsirlərə davamlı, eyni zamanda yüngül və texnoloji baxımdan çevik materialların yaradılmasıdır. müxtəlif metal nanohissəcikləri ilə gücləndirilmiş polimer kompozitlərin hazırlanması nəticəsində materialların struktur-xassə asılılıqları müəyyən edilmiş, fazalararası qarşılıqlı təsirin kompozitin ümumi möhkəmliyinə və optik sabitliyinə təsiri araşdırılmışdır. Ekstruziya üsulu kompozitlərin sənaye miqyasında homogen və dayanıqlı şəkildə alınması üçün optimal texnologiya kimi özünü doğrultmuşdur.

Yadullah BabayevƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

AZƏRBAYCAN NARININ AQRO-SƏNAYE YAN MƏHSULLARININ FUNKSIONAL BIOAKTIV EKSTRAKTLARA DAVAMLI DƏYƏRLƏNDIRILMƏSI

Bu layihə Azərbaycan narının emalı zamanı yaranan qabıq, toxum və membran tullantılarının funksional dəyərinin artırılması üçün onların kimyəvi və bioaktiv xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsini hədəfləyir. Layihə nar tullantılarının sulu və etanolik ekstraksiyası, adsorbsiya ilə təmizlənməsi və əldə olunan ekstraktların HPLC-DAD, GC–MS və spektrofotometrik yanaşmalarla qiymətləndirilməsi üçün çərçivə təqdim edir. Eyni zamanda ekstraktların antimikrob və antifungal aktivlik potensialı araşdırılacaq və seçilmiş probiotik qida sistemlərində tətbiq imkanları sınaqdan keçiriləcək. Bu inteqrə olunmuş yanaşma nar yan məhsullarının dəyərə çevrilməsi və onların gələcək qida texnologiyalarında istifadəsi üçün praktik və elmi əsas yaradır.

Bəhruz CəbrayılovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Hesablama təhsi̇li̇ndə, Blum Taksonomiyasi və Süni̇ İntellekt Texnologiyalarinin İnteqrasi̇yasi

Bu elmi tədqiqat layihəsi, süni intellektin (Sİ) və Böyük Dil Modellərinin (LLM) proqram təminatı mühəndisliyi PTM təhsilində istifadəsini tədqiq edərək bu texnologiyaların öyrənmə prosesinə təsirini empirik olaraq ölçməyi və yeni elmi modellər işləyib hazırlamağı hədəfləyir. Layihə çərçivəsində Bloom Taksonomiyasına əsaslanan süni intellekt dəstəkli öyrənmə yanaşmaları inkişaf etdiriləcək və onların effektivliyi real tədris mühitində sınaqdan keçiriləcəkdir. Layihə tələbələrin süni intellekt əsaslı alətlərdən istifadəsinin onların kognitiv bacarıqlarına, problem həll etmə qabiliyyətinə və özünüidarəetmə səviyyəsinə təsirini araşdıracaqdır. Süni intellektin proqram mühəndisliyi PTM təhsilinə inteqrasiyası sürətlə inkişaf edir, lakin onun tələbələrin öyrənmə prosesinə real təsiri hələ tam öyrənilməmişdir. Bəzi araşdırmalar göstərir ki, Sİ-əsaslı öyrənmə vasitələri tələbələrin öyrənmə sürətini artıra bilər, lakin həddindən artıq asılılıq problemi yaratma riski də mövcuddur. Bu layihə empirik tədqiqatlar aparmaqla süni intellektin tədrisdə effektiv istifadəsini optimallaşdırmağı və tələbələrin Sİ-dən düzgün istifadəsini təmin edəcək metodlar inkişaf etdirməyi hədəfləyir. Layihənin əsas elmi yeniliyi Bloom Taksonomiyası çərçivəsində tələbələrin Sİ-dən istifadəsinin bilik əldə etmə, tətbiqetmə, analiz və qiymətləndirmə mərhələlərinə təsirini elmi tədqiqatlarla ölçməkdir. Sİ-nin proqram mühəndisliyi PTM təhsilində istifadəsi ilə bağlı əldə edilən nəticələr əsasında yeni elmi yanaşmalar işlənəcək, Sİ dəstəkli kurikulumların hazırlanması üçün elmi əsaslandırılmış tövsiyələr veriləcəkdir. Layihə çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) və Qarabağ Universitetində Sİ-əsaslı yeni tədris modelləri pilot olaraq sınaqdan keçiriləcək və nəticələr elmi statistik metodlarla təhlil ediləcəkdir. Tədqiqatın nəticələri süni intellektin proqram mühəndisliyi PTM təhsilində rolu haqqında elmi icmaya və PTM təhsil siyasətçilərinə dəyərli məlumatlar təqdim edəcəkdir. Layihənin sonunda Sİ dəstəyi ilə tədrisin müsbət və mənfi tərəfləri elmi əsaslarla müəyyən ediləcək və onun akademik və sənaye kontekstində optimal istifadəsi üçün tövsiyələr veriləcəkdir. Bu elmi tədqiqi layihə aşağıdakı elmi problemləri araşdırmağa yönəlmişdir: ● Sİ-əsaslı öyrənmə vasitələrinin tələbələrin öyrənmə davranışlarına təsiri necədir? ● Süni intellekt tələbələrin kognitiv bacarıqlarını inkişaf etdirir, yoxsa onların problemləri həll etmə qabiliyyətini zəiflədir? ● Sİ dəstəkli öyrənmə metodları ənənəvi tədris yanaşmalarından daha effektivdirmi? ● Tələbələrin Sİ-dən istifadəsini optimallaşdırmaq üçün hansı elmi əsaslandırılmış metodlar hazırlanmalıdır? Bu suallara empirik eksperimentlər və elmi araşdırmalar vasitəsilə cavab veriləcəkdir. Layihənin nəticələri Azərbaycanın proqram mühəndisliyi sahəsində beynəlxalq akademik mühitdə daha fəal iştirakına töhfə verəcək və Sİ-əsaslı tədris metodologiyalarının inkişafına elmi baxımdan dəstək olacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində əldə olunan elmi biliklər yalnız akademik sektorda deyil, həm də sənaye və texnologiya sahələrində də geniş istifadə oluna biləcəkdir. Tədqiqatın nəticələri beynəlxalq elmi jurnallarda və konfranslarda yayımlanacaq, eləcə də Azərbaycan universitetlərində proqram mühəndisliyi kurikulumlarının modernləşdirilməsi üçün praktiki tövsiyələr hazırlanacaqdır. Layihə innovativ elmi yanaşma təklif edərək, süni intellektin PTM təhsildə istifadəsinin empirik olaraq ölçülməsi və optimallaşdırılması üçün mühüm elmi nəticələr təqdim edəcəkdir.

Zəfər CəfərovƏtraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

Enerji özünütəminli avtonom yerüstü mina aşkarlama və sahə xəritələndirmə rover sisteminin konseptual və texnoloji işlənməsi

“Minaaxtaran Rover” layihəsi mina və partlayıcı obyektlərin aşkarlanması üçün avtonom, çoxsensorlu və proqramlaşdırma idarə olunan robot platformasının hazırlanmasını nəzərdə tutur. Layihənin məqsədi postmünaqişə dövründə mina ilə çirklənmiş ərazilərdə təhlükəsiz, səmərəli və davamlı fəaliyyət göstərə bilən intellektual sistemin yaradılmasıdır. Rover sistemi müxtəlif relyef və iqlim şəraitində müstəqil hərəkət etmək, sensorlardan toplanan məlumatları emal etmək və aşkarlanan obyektlər barədə real vaxtda qərar qəbul etmək imkanına malik olacaq. Proqramlıaşdırma layihənin əsas texnoloji nüvəsini təşkil edir. Proqramlardan istifadə etməklə sensorlardan gələn elektromaqnit, termal və optik siqnalları analiz edilir, roverin marşrutunu və hərəkət strategiyasını optimallaşdıraraq maneələrdən yayınması və məlumat toplama prosesi effektivləşdirilir. Layihə çərçivəsində həm mexaniki konstruksiya, həm də proqram təminatı səviyyəsində kompleks həllər işlənir. Roverin daşıyıcı platforması yüksək sabitlik, zərbə müqaviməti və uzunmüddətli enerji təminatı prinsipləri əsasında layihələndirilir. Toplanmış məlumatlar geospatial sistemlər vasitəsilə xəritələndirilir, nəticələr isə vizual analitika interfeysi üzərindən təqdim olunur. Elmi baxımdan layihə robototexnika, idarəetmə sistemləri, və geoinformatika sahələrinin inteqrasiyasına əsaslanır. Onun nəticələri yalnız mina təmizləmə əməliyyatlarında deyil, həm də fövqəladə hallar zamanı kəşfiyyat, ekoloji monitorinq və infrastruktur nəzarəti kimi sahələrdə tətbiq oluna bilər. Azərbaycan üçün bu layihə xüsusi strateji əhəmiyyət daşıyır, çünki mina ilə çirklənmiş ərazilərin təhlükəsiz bərpası və mülki əhalinin geri dönüşü prosesinə elmi-texnoloji töhfə verir.

Rasim ƏlizadəƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Neft hasilatında istifadə olunan mancanaq dəzgahlarının istismarı üçün yaşıl enerji texnologiyalarının tətbiqi və innovativ SCADA sisteminin qurulması

Ümumilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş neft strategiyası artıq uzun illərdir ki, ölkə büdcəsinin gəlirlərinin böyük hissəsini təşkil edir. Açıq mənbələrdə verilmiş məlumatlara əsasən hal-hazırda Azərbaycanda və dünyada istismar olunan ştanqalı quyu nasoslarının təxminən 85%-i mexaniki intiqal qismində balansirli mancanaq dəzgahları ilə təchiz edilmişdir. Lakin aparılan araşdırmalar göstərir ki, mancanaq dəzgahları özlərinin yüksək enerji sərfiyyatı ilə hasil olunan neftin maya dəyərinin artmasına, elektrik təchizatında baş verən kəsintilər isə quyunun istismarının dayanmasına gətirib. Belə qısa müddətli elektrik kəsilmələri isə öz növbəsində sonradan mexanizmin xeyli vaxt aparan işə salınmasını tələb edir. Məhz bu səbəbdən təqdim olunan layihə, ölkəmizdə və dünyada neftin hasilatında istifadə olunan mancanaq dəzgahlarının idarə olunması üçün günəş enerjisi əsasında alternativ enerji mənbələrindən istifadəni, eləcə də mexanizmin intelektual istismarını təmin edən SCADA sisteminin qurulmasını təmin edir. Təklif olunan aşağıdakı üstünkülərə malikdir: • mövcud mancanaq dəzgahlarında günəş enerjisi əsaslı yaşıl enerjidən istifadə hesabına enerji xərclərinin azaldılması; • günəş enerjisini akkumulyasiya edən batareyaların tətbiqi hesabına elektrik xəttində baş verən qısa müddətli enerji dayanmaları yarandıqda mancanaq dəzgahının işində fasilə yaranmır; • tətbiq olunacanaq texnologiyalar hesabına mövcud mancanaq dəzgahlarının hibrid əsaslı dayanıqlı istismarına transformasiyasına nail olunur; • mancanaq dəzgahlarında yerli istehsal SCADA sistemlərinin tətbiqi ölkəmizdən maliyyə axının qarşısına almağa və neft təssərrüfatının fəaliyyətinin xaricdən asılılığını azaldır; • təklif olunan SCADA sisteminin tətbiqi çoxsaylı mancanaq dəzgahları parkının mərkəzləşdirilmiş qaydada intelektual idarəetməsini təmin edir.

Fərrux MəmmədovƏtraflı

Tarix qeyd olunmayıb

5 layihə
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

Radioelektron mübarizə mühitində süni intellekt texnologiyalarının tətbiqilə fiber-optik tipli pilotsuz uçuş aparatlarının effektiv idarə olunma üsulunun işlənməsi.

Layihənin Annotasiyası: Təklif olunan layihə radioelektron mübarizə mühitində süni intellekt texnologiyalarının tətbiqilə fiber-optik tipli pilotsuz uçuş aparatlarının resurslarının aşkar edilməsi, effektiv paylanması və idarə olunma üsulunun işlənməsinə həsr edilmidir. Müasir dövrdə radioelektron mübarizə (REM) şəraiti pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə sabitliyinə, rabitə kanallarının etibarlılığına və missiya icra qabiliyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Elektromaqnit müdaxilələr nəticəsində naviqasiya sistemlərinin pozulması, siqnalın itməsi, məlumat ötürülməsində gecikmə və enerji resurslarının səmərəsiz istifadəsi kimi problemlər PUA-ların döyüş və kəşfiyyat şəraitində effektivliyini məhdudlaşdırır. Bu layihə həmin problemlərin həllinə yönəlmişdir və məqsədi radioelektron təsirlər altında fəaliyyət göstərən fiber-optik tipli PUA-lar üçün süni intellekt əsaslı resurs idarəetmə modelinin işlənməsidir. Layihə çərçivəsində süni intellektin (gücləndirici öyrənmə, qeyri-səlis məntiq və neyron şəbəkələr) imkanlarından istifadə edilməklə, uçuş aparatının enerji, hesablama və rabitə resurslarının real vaxt rejimində optimallaşdırılması və adaptiv idarə olunması nəzərdə tutulur. Fiber-optik rabitə kanalları elektromaqnit təsirlərdən izolyasiya, yüksək ötürmə qabiliyyəti və məlumat bütövlüyü baxımından üstün olduğundan, bu texnologiya REM şəraitində PUA-ların dayanıqlı fəaliyyətini təmin etmək üçün əsas infrastruktur elementi kimi seçilmişdir. Təklif olunan model, həm optik kanal üzərindən məlumat ötürülməsi, həm də idarəetmə qərarlarının süni intellektlə dinamik tənzimlənməsi baxımından robast və çevik idarəetmə mexanizmi formalaşdıracaq. Layihə nəticəsində əldə olunacaq nəticələr — enerji qənaəti, uçuş müddətinin artırılması, siqnal itkisinə qarşı sabitlik və hesablama səmərəliliyi — PUA-ların radioelektron mübarizə şəraitində etibarlılığını əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu tədqiqat həm elmi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. O, süni intellekt və fiber-optik texnologiyaların sintezi əsasında milli müdafiə sənayesində tətbiq edilə bilən intellektual idarəetmə sistemlərinin elmi əsaslarını formalaşdıracaq, eyni zamanda, PUA (Pilotsuz uçuş aparatlar) texnologiyalarının lokallaşdırılması və rəqəmsal suverenlik məqsədlərinə töhfə verəcək. Layihənin nəticələri həm hərbi, həm də mülki sahələrdə – sərhəd nəzarəti, enerji infrastrukturlarının monitorinqi, fövqəladə hallar və təhlükəsizlik xidmətlərində – tətbiq oluna biləcək. Eyni zamanda layihədə hədəfi məhv edənə kimi Yerüstü İdarəetmə komplekslərində idarəetməni həyata keçirən operatorun PUA-rın uçuşlarına tam nəzarət olunma imkanına malik olması təhlil edilir və idarəetmə sisteminin təhlükəsiziliyinin təmin edilməsi və siqnalın sızmasının, dinlənilməsinin tam qarşısını alnmaqala uçuşun və məlumat mübadiləsinin məxfiçiliyinin -konfidensiallılığının təmin edilməsi geniş aspektdə tədqiq edilir. Alınmış nəticələrin effektivliyini maşın öyrənməsi metodundan istifadə etməklə, metrik göstəricilərlə (dəqiqliyini, tamlılığını, bütövlüyünü) qiymətləndirilməsinə baxılması və təhlil edilməsi prosesi nəzərdə tutulur.

Bayram İbrahimovƏtraflı
Müdafiə sənayesi təyinatlı texnoloji işləmələr

TANK ƏLEYHİNƏ ƏL QUMBARAATANIN REAKTİV OYMAĞININ DİFFUZİYA METALLAŞDIRILMASI İLƏ ETİBARLIĞININ TƏMİN EDİLMƏSİ

Layihədə, 40 mm-lik tank əleyhinə əl qumbaraatanının (TƏQ) əsas funksional hissəsi olan reaktiv oymağın istismar etibarlılığının artırılması məqsədilə onun daxili səthinin xrom-nikel əsaslı diffuziya metallaşdırma üsulu ilə möhkəmləndirilməsinə həsr olunmuşdur. Mövzu müasir dövrdə hərbi-sənaye komplekslərinin dayanıqlı inkişafı, milli təhlükəsizlik və texnoloji müstəqilliyin təmin olunması baxımından yüksək aktuallığa malikdir. Tədqiqatda reaktiv oymağın işçi səthində baş verən zərbə-abraziv, termoplastik, termoeroziya, termokimyəvi və mexaniki yeyilmə mexanizmləri təhlil edilmiş, bu proseslərin modelləri qurulmuşdur. Vakuum mühitində diffuziya metallaşdırma üsulu ilə müxtəlif rejimlərdə örtük əmələgəlmə prosesi araşdırılmış, diffuziya qatının qalınlığı və struktur xüsusiyyətlərinin dəyişməsi qiymətləndirilmişdir. Alınan nəticələr əsasında reaktiv oymağın daxili səthinin möhkəmləndirilməsi üçün optimal texnoloji rejimlər və səmərəli parametrlər müəyyənləşdirilmişdir. Layihədə, aparılmış tədqiqatların nəticələri 40 mm-lik TƏQ-in funksional göstəricilərinin və istismar davamlılığının əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Alınan elmi nəticələr bir sıra yerli və beynəlxalq konfranslarda təqdim olunmuş, istehsalat şəraitində aprobasiyadan keçmişdir.

Ələkbər HüseynovƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

“WIRE-FREE-BUS: AZƏRBAYCAN ŞƏHƏRLƏRINDƏ ICTIMAI NƏQLIYYAT ÜÇÜN DINAMIK SIMSIZ ENERJI ÖTÜRÜLMƏSI SISTEMININ TƏDQIQI VƏ PILOT TƏTBIQININ HAZIRLANMASI”

Bu layihə Azərbaycanın yaşıl enerji siyasəti və dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq, elektromobillər və xüsusilə ictimai nəqliyyat vasitələri üçün yolda hərəkət zamanı simsiz enerji ötürmə sisteminin (Dynamic Wireless Power Transfer – DWPT) yerli şəraitdə tədqiqini, modelləşdirilməsini və ilkin sınaq nümunələrinin hazırlanmasını nəzərdə tutur. Layihənin əsas məqsədi – elektrik avtobuslarının və digər ictimai nəqliyyat vasitələrinin fasiləsiz və effektiv enerji ilə təmin olunması üçün yüksək səmərəli, iqtisadi cəhətdən əsaslandırılmış və innovativ simsiz enerji ötürmə texnologiyasını hazırlamaqdır. Layihə üç əsas mərhələdən ibarətdir: Tədqiqat və analitik mərhələ – dünyada mövcud olan DWPT texnologiyalarının elmi-texniki təhlili, elektromaqnit induksiya prinsipi əsasında modellərin yaradılması və Azərbaycan şəraitinə uyğunlaşdırılması; İnnovativ mərhələ – laboratoriya şəraitində simsiz enerji ötürmə modullarının (ötürücü və qəbuledici bobinlərin) hazırlanması, optimallaşdırılması və enerji səmərəliliyinin ölçülməsi; Tətbiqə hazırlıq mərhələsi – yerli nəqliyyat agentlikləri ilə əməkdaşlıq çərçivəsində pilot sahənin müəyyənləşdirilməsi, sınaq avadanlıqlarının inteqrasiyası və texnologiyanın gələcək kommersiyalaşdırma potensialının qiymətləndirilməsi. Layihənin icrası zamanı AzTU-nun mühəndislik laboratoriyaları və Bar-Ilan Universitetinin (İsrail) professoru Shuki Wolfus rəhbərlik etdiyi tədqiqat qrupu ilə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq texnologiyanın elmi əsaslarının dərinləşdirilməsinə, yüksək səmərəli bobin dizaynlarının tətbiqinə və beynəlxalq elmi nəşrlərin hazırlanmasına imkan yaradacaq. Layihənin icra müddəti 12 ay, ümumi maliyyə həcmi 30 000 AZN təşkil edir. Maliyyə vəsaiti layihə rəhbəri, yerli tədqiqatçılar və beynəlxalq ekspertin əməkhaqları, laborator avadanlıqların alınması, elmi konfransların təşkili və nəşr xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Layihə “İnnovasiya və texnoloji inkişaf” və “Yaşıl enerji və dayanıqlı inkişaf” istiqamətləri üzrə AzTU-nun daxili qrant müsabiqəsinin prioritetlərinə tam uyğundur və gələcəkdə Azərbaycan şəhərlərində ağıllı nəqliyyat infrastrukturunun formalaşmasına elmi-texnoloji töhfə verməyi hədəfləyir.

Hikmət ƏliyevƏtraflı
Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

Yeni konstruksiyalı günəş kollektorunun yaradılması və binaların isti su təminatının innovativ texnologiyalarla idarə olunması

Bu layihə müasir enerji səmərəliliyinin artırılması və ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində innovativ texnoloji həllərin tətbiqini hədəfləyir. Layihənin əsas məqsədi yeni konstruksiyalı günəş kollektorunun hazırlanması və bu kollektor vasitəsilə binaların isti su təminatının optimallaşdırılması üçün qabaqcıl idarəetmə texnologiyalarının işlənib hazırlanmasıdır. Ənənəvi günəş kollektorlarının işləmə prinsiplərində mövcud olan məhdudiyyətlərin aradan qaldırılması, enerji yığımı və istifadəsində səmərəliliyin artırılması layihənin əsas məqsədlərindəndir. Təklif olunan yeni konstruksiya yüksək termal tutuma, aşağı istilik itkisinə və artırılmış enerji ötürmə qabiliyyətinə malik olmaqla, günəş şüalanmasının zəif olduğu şəraitdə belə istiliyin effektiv toplanmasına imkan verir. Bundan əlavə, layihə çərçivəsində istifadə ediləcək materialların ekoloji cəhətdən təhlükəsiz və uzunmüddətli davamlı olması, həm enerji səmərəliliyini, həm də ətraf mühitin mühafizəsini təmin edən kompleks yanaşmanı formalaşdırır. Bu xüsusiyyətlər layihənin həm elmi yenilik, həm də praktik tətbiq baxımından yüksək potensiala malik olduğunu göstərir. Layihədə tətbiq edilən innovativ idarəetmə sistemləri binaların isti su təminatını enerji sərfiyyatını minimuma endirməklə, istifadəçi tələbatına uyğun dinamik rejimdə idarə etməyə imkan verir. Bu sistemlər süni intellekt və sensor texnologiyalarının inteqrasiyası sayəsində real vaxt rejimində enerji axınını təhlil edir, proqnozlaşdırma və avtomatik tənzimləmə funksiyalarını yerinə yetirir. Nəticədə istilik enerjisi itkiləri azalır, sistemin ümumi səmərəliliyi və etibarlılığı artır. Layihənin həyata keçirilməsi ekoloji cəhətdən təmiz enerji mənbələrinin daha geniş tətbiqinə şərait yaradacaq, binaların enerji effektivliyini yüksəldərək enerji resurslarına olan asılılığı azaldacaqdır. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Təqdim edilən texnologiyalar regionun iqlim və yerli şəraitinə uyğunlaşdırılmışdır ki, bu da onların müxtəlif miqyaslı obyektlərdə tətbiqini asanlaşdıracaqdır. Nəticə etibarilə, layihə enerji təchizatı sistemlərinin gələcək inkişafında yeni texnoloji standartların formalaşmasına töhfə verəcək, innovativ yanaşmaların tətbiqi ilə binalarda enerjiyə qənaət səviyyəsini və istifadəçi komfortunu artıracaqdır. Layihənin icrası həmçinin ölkədə dayanıqlı inkişaf strategiyalarının reallaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edəcəkdir.

Vaqif HəsənovƏtraflı
Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

Təbii dil emalı texnologiyalarının köməyilə kibertəhdidlərin analizi və aşkarlanması

CTI (cyber threat intelligence - kiber təhdidlərin kəşfiyyatı) hesabatları, sosial media və sıfır-gün istismar xəbərdarlıqları kimi müxtəlif mənbələrdən gələn təhlükələrin eksponensial artımı kibertəhlükəsizlik təhdidlərinin vaxtında analizi və aşkarlanması ehtiyacını yaradır. Strukturlaşdırılmamış mətnlərin təhlili kibertəhlükə obyektlərinin vaxtında aşkarlanmasını tələb edir. Təbii dil emalı texnologiyaları bu problemi effektiv şəkildə həll edə bilər. Hesablama mürəkkəbliyini azaltmaq və performansı potensial olaraq yaxşılaşdırmaq üçün böyük dil və dərin öyrənmə modellərinə böyük ehtiyac var. Bu modellər kibertəhlükələr haqqında böyük mətn məlumatlarının təhlilinə imkan verir. Təklif olunacaq yanaşmalar kritik məlumatların aşkarlanması və təsnifləşdirilməsi problemini təkmilləşdirmək üçün maşın öyrənmə metodları ilə təbii dil emalı texnologiyalarınln üstünlüklərindən istifadə edəcəkdir. Təcrübələr böyük real kibertəhlükə kəşfiyyatı verilənlər bazası üzərində aparılacaqdır.

Ramiz AlıquliyevƏtraflı