Qazpaylayıcı valın sökülən yumrucuğunun yeyilməyədavamlığının artırılması və etibarlılığının təmin olunması
Layihənin təsviri
Layihə maşınqayırma sahəsinə aid olub paylayıcı mexanizmin əsas hisələrindən biri olan paylayıcı valın konstruksiyasının təkmilləşdirilməsi və onun istehsal texnologiyasının sadələşdirilməsinə həsr olunmuşdur. Bu tip hisssələrin istehsal xərclərinin azaldılması, təmir və pərpa texnoloji prossesinin sadələşdirilməsi qarşıya qoyulmuş əsas məqsəddir. Paylayıcı valın konstruksiyasının təkmilləşdirilməsi məqsədillə hazırlanmış konstruksiya tam qarşılıqlı əvəz olunma prinsipinə əsaslanır. Hissənin istehsalı adi pilləli valın pəstah alma üsulundan istifadə edilməklə əldə olunur ki, bu da materil itkisini azaldır. Mürəkkəb profilə malik olan yumrucuq valın pəstahının alınmasında nəzərdə tutulmur. Yumrucuq valın üzərinə xüsusi bərkitmə sxemi ilə bərkidilməsi isə öz növbəsində xüsusi imkanlar yaradır ki, valın sərtliyini istismar şəraitinə uyğun texniki tələblər daxilində hazırlamaq olsun və yumrucuğun ağır, kritik qüvvə dəyişiklikləri şəraitində yüksək temperaturlu mühitdə işləyərək yeyilməyə məruz qalan yumruc isə xüsusi üsulla hazırlanmış yeyilməyə davamlı materialdan olsun. Bu məqsədlə təqdim etdiyimiz layihəmizin kiçik bir hissəsi Əqli Mülkiyyət Agentliyinə ixtiraya patent alınması məqsədi ilə təqdim olunmuşdur. Nəticədə İ2024 109, İ2025
Layihə rəhbəri
Azad Kərimov Feyruz
Layihə rəhbəriAssistent
magistr
İcraçılar(1)
Şövqi Əsədov Nayib
İcraçıDosent
Texnika üzrə fəlsəfə doktoru