Təbii dil emalı texnologiyalarının köməyilə kibertəhdidlərin analizi və aşkarlanması
Layihənin təsviri
CTI (cyber threat intelligence - kiber təhdidlərin kəşfiyyatı) hesabatları, sosial media və sıfır-gün istismar xəbərdarlıqları kimi müxtəlif mənbələrdən gələn təhlükələrin eksponensial artımı kibertəhlükəsizlik təhdidlərinin vaxtında analizi və aşkarlanması ehtiyacını yaradır. Strukturlaşdırılmamış mətnlərin təhlili kibertəhlükə obyektlərinin vaxtında aşkarlanmasını tələb edir. Təbii dil emalı texnologiyaları bu problemi effektiv şəkildə həll edə bilər. Hesablama mürəkkəbliyini azaltmaq və performansı potensial olaraq yaxşılaşdırmaq üçün böyük dil və dərin öyrənmə modellərinə böyük ehtiyac var. Bu modellər kibertəhlükələr haqqında böyük mətn məlumatlarının təhlilinə imkan verir. Təklif olunacaq yanaşmalar kritik məlumatların aşkarlanması və təsnifləşdirilməsi problemini səmərəli şəkildə təkmilləşdirmək üçün maşın öyrənmə metodları ilə təbii dil emalının üstünlüklərindən istifadə edəcəkdir. Təcrübələr böyük real kibertəhlükə kəşfiyyatı verilənlər bazası üzərində aparılacaqdır. Təklif olunan yanaşmalar kibertəhlükəsizlik üzrə analitiklərin müxtəlif müasir kibertəhlükələrə qarşı mübarizə qabiliyyətini artıracaqdır.
Layihə rəhbəri
Ramiz Alıquliyev Məhəmməd
Layihə rəhbərişöbə müdiri
Texnika elmləri doktoru
İcraçılar(5)
Fərid Qasımlı Fikrət
İcraçıbaş müəllim
Yoxdur
Cavad Nəcəfli Vaqif
İcraçıAssistent
Yoxdur
Adilə Kərimova Yadigar
İcraçıMühəndis - proqramçı
Yoxdur
Lyudmila Suxostat Valentinovna
İcraçıbaş elmi işçisi
Texnika üzrə fəlsəfə doktoru
Rasim Əliquliyev Məhəmməd
İcraçıBaş direktor
Texnika elmləri doktoru