Xüsusi təyinatlı pilotsuz suüstü dronun layihələndirilməsi
Layihənin təsviri
Layihənin annotasiyası Təklif olunan layihə su hövzələrində müşahidə, ilkin kəşfiyyat və təhlükəsizlik əməliyyatlarının həyata keçirilməsi üçün çoxsensorlu pilotsuz suüstü platformanın hazırlanmasına yönəlmişdir. Layihənin əsas məqsədi operator tərəfindən radioidarəetmə pultu və yerüstü idarəetmə stansiyası vasitəsilə məsafədən idarə olunan, real vaxt videogörüntü və telemetriya məlumatlarının ötürülməsini təmin edən işlək fiziki prototipin yaradılmasıdır. Hazırlanacaq sistem pilotsuz suüstü platformadan, elektrik mühərrikləri və hərəkətverici mexanizmlərdən, bort idarəetmə modulundan, enerji təminatı sistemindən, radioidarəetmə vasitəsindən, videokameradan, telemetriya kanalından, naviqasiya və texniki vəziyyət sensorlarından, həmçinin yerüstü idarəetmə stansiyasından ibarət olacaqdır. Operator platformaya quraşdırılmış kameradan alınan real vaxt videogörüntü, cari koordinatlar, hərəkət istiqaməti, enerji mənbəyinin vəziyyəti və digər telemetriya göstəriciləri əsasında platformanın sürətini və hərəkət istiqamətini idarə edəcəkdir. Layihə çərçivəsində platformanın su səthində dayanıqlılığı və manevretməsi nəzərə alınmaqla korpusun layihələndirilməsi, elektrik mühərriklərinin və enerji mənbəyinin seçilməsi, bort elektronikasının hazırlanması, videogörüntü və telemetriya məlumatlarının ötürülməsi, sensorların inteqrasiyası və yerüstü idarəetmə sisteminin qurulması nəzərdə tutulur. Platformanın sensor sistemi modul arxitektura əsasında hazırlanacaqdır. Bu yanaşma istifadə məqsədindən asılı olaraq müxtəlif müşahidə və ölçmə vasitələrinin sistemə qoşulmasına və dəyişdirilməsinə imkan verəcəkdir. Hazırlanmış prototip laboratoriya və su hövzəsi şəraitində sınaqdan keçiriləcəkdir. Sınaqlar zamanı platformanın hərəkət sürəti, manevretmə qabiliyyəti, idarəetmə məsafəsi, videogörüntünün keyfiyyəti, telemetriya məlumatlarının gecikməsi, enerji sərfiyyatı və fasiləsiz işləmə müddəti qiymətləndiriləcəkdir. Əldə olunan nəticələr əsasında platformanın konstruktiv və proqram-texniki göstəriciləri təkmilləşdiriləcəkdir. Layihənin yekununda radioəlaqə ilə məsafədən idarə olunan, real vaxt videogörüntü və telemetriya ötürən, modul sensorlarla təchiz edilmiş pilotsuz suüstü platformanın işlək prototipi, onun yerüstü idarəetmə stansiyası və texniki sənədləri hazırlanacaqdır. Platforma müdafiə sənayesi istiqamətində müşahidə və ilkin kəşfiyyat tapşırıqları ilə yanaşı, su hövzələrinin ekoloji monitorinqi, hidrotexniki obyektlərin yoxlanılması, axtarış-xilasetmə tədbirlərinin informasiya təminatı və elmi-tədqiqat məqsədləri üçün də uyğunlaşdırıla bilər.
Layihə rəhbəri
Qoşqar Rəsulov Nəriman
Layihə rəhbəriDekan müavini
T.ü.f.d.
İcraçılar(2)
Muxtar Əzizullayev Qalib
İcraçıAssistent
Yoxdur
Amin Mamedov Afət
İcraçıDekan müavini
Yoxdur