Bütün layihələr
Tarix qeyd olunmayıb Rəqəmsal texnologiyaların elmi-nəzəri və tətbiqi problemləri

AzTU Mentor – Süni Intellekt ilə Mentorluq Sistemi

Layihənin təsviri

Bu layihə, AzTU-da tələbə uğursuzluğunu minimuma endirmək və məzunların əmək bazarında rəqabət qabiliyyətini artırmaq məqsədilə Süni İntellekt (Sİ) əsaslı "AzTU Mentor" adaptiv mentorluq sisteminin tədqiqinə və prototipinin inkişafına həsr olunub. Layihənin əsas hədəfi, tələbələrin akademik və fəaliyyət verilənlərini təhlil edərək, onların kəsilmə riskini yüksək dəqiqliklə proqnozlaşdıran Erkən Xəbərdarlıq Sistemi qurmaqdır. Eyni zamanda, sistem hər bir tələbənin fərdi ehtiyaclarına və əmək bazarının cari tələblərinə uyğunlaşdırılmış fərdi təhsil yollarını və peşəkar inkişaf tövsiyələrini avtomatlaşdırılmış şəkildə təklif edəcək. Layihə, AzTU, İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun multidissiplinar komandası tərəfindən 12 ay müddətində icra ediləcək. Nəticədə, AzTU-nun İT və Mühəndislik ixtisasları üzrə təhsil alan Bakalavr tələbələri üçün pilot versiyada fəaliyyət göstərən, miqyaslanma potensialına malik bir proqram təminatı prototipi əldə ediləcək. Layihənin elmi nəticələri beynəlxalq səviyyədə nüfuzlu nəşrlərdə dərc edilməklə, Azərbaycanda ali təhsilin rəqəmsal transformasiyasına töhfə verəcək.

Layihə rəhbəri

Kamran Huseynov Zayıdağa

Layihə rəhbəri

Helpdesk

Doktorant

İcraçılar(1)

Nurlan Arifzadə Səhrad

İcraçı

Assistent

Doktorant