ADDIE modelinin tətbiqi əsasında mühəndislik ixtisasları üzrə “Tədqiqat metodları” fənninin tədris proqramının hazırlanması və pilot tədqiqatı
Layihənin təsviri
2. Layihənin annotasiyası Layihə mühəndislik ixtisasları üzrə magistratura səviyyəsində tədris olunan “Tədqiqat metodları” fənninin ADDIE tədris layihələndirmə modeli əsasında təkmilləşdirilməsinə, pilot tətbiqinə və effektivliyinin elmi qiymətləndirilməsinə həsr olunur. Layihənin zəruriliyi mühəndislik təhsilində nəzəri tədqiqat metodologiyası ilə real sahə problemləri arasında mövcud əlaqənin gücləndirilməsi ehtiyacından irəli gəlir. Magistrantların tədqiqat probleminin müəyyənləşdirilməsi, tədqiqat sualının formalaşdırılması, ölçülə bilən hipotezin qurulması, eksperimentin planlaşdırılması, dəyişənlərin seçilməsi, məlumatların toplanması, statistik təhlili və nəticələrin mühəndislik baxımından interpretasiyası üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsi layihənin əsas istiqamətini təşkil edir. Layihənin metodoloji əsasını Analysis – Design – Development – Implementation – Evaluation mərhələlərindən ibarət ADDIE modeli təşkil edəcəkdir. İlkin mərhələdə tələbələrin mövcud bilik və bacarıqları təhlil ediləcək, növbəti mərhələlərdə təlim nəticələri, mövzular, mühəndislik nümunələri, tapşırıqlar və qiymətləndirmə vasitələri hazırlanacaqdır. Hazırlanmış proqram magistrantlardan ibarət pilot qrupda tətbiq olunacaq və pre-test, post-test, praktik tapşırıqlar, tədqiqat təklifi, sorğu və fokus-qrup vasitəsilə qiymətləndiriləcəkdir. Kəmiyyət məlumatlarının təsviri və müqayisəli statistika, keyfiyyət məlumatlarının isə tematik təhlil vasitəsilə öyrənilməsi nəzərdə tutulur. Layihənin nəticəsində təkmilləşdirilmiş sillabus, 15 mövzu üzrə tədris paketi, mühəndislik nümunələri, eksperiment tapşırıqları, datasetlər, rəqəmsal tədris modulu, qiymətləndirmə rubrikaları, pilot tətbiq hesabatı, metodiki tövsiyələr və resenziyalı elmi jurnala təqdim ediləcək məqalənin hazırlanması nəzərdə tutulur.
Layihə rəhbəri
Həcər Əliyeva Tahir
Layihə rəhbəriDoktorntura proqram meneceri
yoxdur
İcraçılar(1)
Şərəfxanım Əliyeva Vaqif
İcraçıTəkrar təhsil üzrə proqram meneceri, direktor v.m.i.e.
fizika üzrə fəlsəfə doktoru