Süni İntellekt Əsaslı Milli İqtisadi Modelləşdirmə və Qərar-Dəstək Platforması (Gov DSS)
Layihənin təsviri
Layihə Azərbaycan üçün süni intellekt elementləri ilə gücləndirilmiş, çoxsektorlu milli iqtisadi modelləşdirmə və qərar-dəstək platformasının (Gov DSS) işlək prototipini yaratmağı hədəfləyir. Platforma neft-qaz asılılığından yaşıl-artım əsaslı diversifikasiyaya keçidi kəmiyyətlə qiymətləndirmək üçün uzunmüddətli (2030–2050) ssenari analitikası təqdim edir. Nüvədə ümumi ətraf mühiti də nəzərə almaqla makroiqtisadi tarazlıq şərtində sektorların və ümumi iqtisadiyyatın dinamikasının təhlilinə və proqnozlaşdırılmasına imkan verən Yaşıl Dinamik Stoxastik Ümumi Tarazlıq (Yaşıl DSÜT) modeli dayanır; onun üzərində makro iqtisadi parametrdən və endogenlərdən ibarət KPI çərçivəsi qurulur. Bu qrant çərçivəsində layihənin 1-ci Fazası icra olunur. Ətraf mühit və pademiya şoklarını da nəzərə almaqla makro iqtisadi sistemin sektorlarının riyazı sisteminin qurulması; çoxmənbəli data bazası, ssenari-yelpik vizuallaşdırması ilə interaktiv dashboard və istifadəçi icazələrinin idarəsi bu fazada qarşıya qoyulmuş əsas hədəflərdirlər. Nəticə etibarilə tənzimləyici və dövlət-sektoru qərar-vericiləri üçün şəffaf, auditə açıq və Azərbaycan 2030 milli prioritetlərinə bağlı bir alətin formalaşdırılması hədəflənmişdir.
Layihə rəhbəri
Ceyhun Abbasov Abbas
Layihə rəhbəriDirektor
İqtisad üzrə fəlsəfə doktoru
İcraçılar(1)
Rahid Alekberli Zahid
İcraçıtədqiqatçı alim
Texniki Elmlər üzrə Fəlsəfə doktoru (PhD), İdarəetmə İnformasiya Sistemləri, Walden University (ACBSP akkreditəli). Dissertasiya: "Integrating Big Data Governance and Corporate Strategies in Small and Medium Caspian Basin Seaports"